Qelebə.az / Modriç karyerasını “Real”da davam etdirəcək

Modriç karyerasını “Real”da davam etdirəcək

13-06-2023, 10:33

Luka Modriçin taleyinə aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, xorvatiyalı yarımmüdafiəçi karyerasını “Real”da davam etdirəcək.

Luka Səudiyyə Ərəbistanından aldığı təklifdən imtina etməyə qərar verib. 37 yaşlı veteran “Əl-Əhli”yə keçmək istəməyib. O, illik 80 milyon avroluq maaş təklifini qəbul etməyib.

Qeyd edək ki, Modriçin “Real”la müqaviləsi bu yay başa çatacaq.

Geri qayıt