Qelebə.az / "Neftçi" Şuşadakı beynəlxalq turnirdə finala yüksəlib - YENİLƏNİB-2

"Neftçi" Şuşadakı beynəlxalq turnirdə finala yüksəlib - YENİLƏNİB-2

13-06-2023, 14:26

3x3 basketbol üzrə dünya qadın seriyasının Şuşa mərhələsində ilk finalçı müəyyənləşib.

"Report"un məlumatına görə, yarımfinalda Macarıstan millisinə 15:14 hesabı ilə qalib gələn "Neftçi" həlledici qarşılaşmaya vəsiqə qazanıb.

Digər yarımfinal cütündə Almaniya yığması Niderlandla üz-üzə gələcək.

13:44

3x3 basketbol üzrə dünya qadın seriyasının Şuşa mərhələsində bütün yarımfinalçılar müəyyənləşib.

"Report"un məlumatına görə, 1/4 final mərhələsinin sonuncu matçında Almaniya yığması Yaponiyanın G FLOU klubuna qalib gəlib - 22:16.

Komanda finala gedən yolda Niderlandla üz-üzə gələcək. Digər yarımfinal cütündə "Neftçi" klubu Macarıstan kollektivini sınağa çəkəcək.

13:23

3x3 basketbol üzrə dünya qadın seriyasının Şuşa mərhələsində ikinci günə start verilib.

"Report"un məlumatına görə, 1/4 final mərhələsinin ilk qarşılaşmasında Macarıstan millisi Rumıniya yığmasını 21:13 hesabı ilə üstələyib.

Komanda yarımfinalda "Neftçi" klubunun rəqibi olub.

1/4 finalda, həmçinin, Almaniya seçməsi Yaponiyanın G FLOU klubu ilə qarşılaşacaq.

Geri qayıt