Qelebə.az / Rusiyalı olimpiya çempionu dünyasını dəyişib

Rusiyalı olimpiya çempionu dünyasını dəyişib

15-06-2023, 14:16

Müasir beşnövçülük (pentatlon) üzrə rusiyalı olimpiya çempionu Vladimir Şmelev dünyasını dəyişib.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, keçmiş idmançı 77 yaşında vəfat edib.

Qeyd edək ki, Vladimir Şmelev 1972-ci ildə Münhen olimpiadasında SSRİ yığmasının heyətində qızıl medal qazanıb. O, 1973 və 1974-cü illərdə eyni komanda ilə dünya çempionu da olub.

Geri qayıt