Avropa Oyunları: Azərbaycanın bir taekvondoçusu finalda, digərləri uduzub - YENİLƏNİB - 4

Avropa Oyunları: Azərbaycanın bir taekvondoçusu finalda, digərləri uduzub - YENİLƏNİB - 4

Azərbaycan taekvondoçusu Səyyad Dadaşov Polşada təşkil olunan III Avropa Oyunlarında yarımfinal görüşünə çıxıb.

"Report"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, 54 kq çəki dərəcəsində mübarizə aparan idmançı finala gedən yolda isveçli İbrahim Marvanla qarşılaşıb.

Rəqibinə 2:0 (8:2, 7:3) hesabı ilə qalib gələn Dadaşov adını həlledici qarşılaşmaya yazdırıb. Onun finaldakı rəqibi Uqo Arilya Vaskes (İspaniya) - Andrea Konti (İtaliya) cütünün qalibi olacaq.

17:22

Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Polşada təşkil olunan III Avropa Oyunlarında növbəti görüşünə çıxıb.

"Report"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, 58 kq çəki dərəcəsində çıxış edən idmançı 1/4 final mərhələsində ispaniyalı Adrian Visente ilə üz-üzə gəlib.

Rəqibinə məğlub olan Maqomedov yarımfinala yüksə bilməyib.

Daha əvvəl 54 kq-dakı Səyyad Dadaşov yarımfinala vəsiqə qazanıb.

16:48

Azərbaycan taekvondoçusu Səyyad Dadaşov Polşada təşkil olunan III Avropa Oyunlarında növbəti görüşünə çıxıb.

"Report"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, 54 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/4 final mərhələsində bolqarıstanlı Lyubomir Boqdanovla üz-üzə gəlib.

Rəqibini 2:0 hesabı ilə üstələyən Dadaşov yarımfinala yüksəlib. O, finala gedən yolda İsveç təmsilçisi İbrahim Marvanla qarşılaşacaq.

Azərbaycanın digər taekvondoçusu Qaşım Maqomedov (58 kq) eyni raundda ispaniyalı Adrian Visente ilə görüşəcək.

13:40

Azərbaycanın daha üç taekvondoçusu Polşada təşkil olunan III Avropa Oyunlarında ilk görüşünə çıxıb.

"Report"un Polşaya ezam olunmuş əməkdaşının məlumatına görə, qadınlardan Patimat Abakarova (49 kq) və Minayə Əkbərova (46 kq) məğlub olublar.

Onlar müvafiq olaraq Sufarada Kisskalta (Almaniya) və Sofiya Zampettiyə (İtaliya) yeniliblər.

58 kq-dakı Qaşım Maqomedov isə Aymen Açnineyə (Niderland) qalib gələrək 1/4 finala yüksəlib.

Qeyd edək ki, daha əvvəl 54 kq-dakı Səyyad Dadaşov ilk qarşılaşmada qələbə qazanıb.

12:19

Azərbaycan taekvondoçusu Səyyad Dadaşov Polşada təşkil olunan III Avropa Oyunlarında ilk görüşünə çıxıb.

"Report"un Polşaya ezam olunmuş əməkdaşının məlumatına görə, 54 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/8 final mərhələsində almaniyalı Xalid Abdel Halimlə üz-üzə gəlib.

Rəqibinə qalib gələn Dadaşov 1/4 finala yüksəlib. O, növbəti raundda bolqarıstanlı Lyubomir Boqdanovla görüşəcək.

Qeyd edək ki, bu gün Qaşım Maqomedov (58 kq), Minayə Əkbərova (46 kq) və Patimat Abakarova (49 kq) dayanq üzərinə çıxacaq.

Fərdi
Dünya çempionatı: Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub

Dünya çempionatı: Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub

Fərdi
Azərbaycanın bədii gimnastı Almaniyada gümüş medal qazanıb

Azərbaycanın bədii gimnastı Almaniyada gümüş medal qazanıb

Fərdi
Yay Olimpiya Oyunları 2036-cı ildə Misirdə keçirilə bilər

Yay Olimpiya Oyunları 2036-cı ildə Misirdə keçirilə bilər

Fərdi
Dünya çempionatı: Azərbaycanın yunan-Roma güləşçiləri 5-ci medalı qazanıb

Dünya çempionatı: Azərbaycanın yunan-Roma güləşçiləri 5-ci medalı qazanıb

Fərdi
"Aimchess Rapid": Şəhriyar Məmmədyarov final görüşünə çıxacaq

"Aimchess Rapid": Şəhriyar Məmmədyarov final görüşünə çıxacaq

Fərdi
Azərbaycanın 2 parataekvondoçusu reytinq turnirində qızıl medal qazanıb

Azərbaycanın 2 parataekvondoçusu reytinq turnirində qızıl medal qazanıb

Fərdi
Boks üzrə Azərbaycan çempionatının ilk mükafatçıları bəlli olub

Boks üzrə Azərbaycan çempionatının ilk mükafatçıları bəlli olub

Fərdi
Azərbaycan avarçəkəni Avropa çempionu olub   

Azərbaycan avarçəkəni Avropa çempionu olub  

Fərdi
Rusiyanın 5 qat olimpiya çempionu ölkəni tərk edib

Rusiyanın 5 qat olimpiya çempionu ölkəni tərk edib

Fərdi
Zabit Səmədovun vida gecəsində bütün döyüşlərin iştirakçıları bəlli olub

Zabit Səmədovun vida gecəsində bütün döyüşlərin iştirakçıları bəlli olub

Fərdi
Azərbaycanda daha 3 idman federasiyası ləğv olunub

Azərbaycanda daha 3 idman federasiyası ləğv olunub

Fərdi
Gənclər və idman naziri: “Ölkə klublarının marketinq siyasətində müəyyən dəyişikliklər olmalıdır”

Gənclər və idman naziri: “Ölkə klublarının marketinq siyasətində müəyyən dəyişikliklər olmalıdır”