Avropa Oyunlarında zədələnən karateçi: "Yenə italiyalı idmançı burnumu qırdı"

Avropa Oyunlarında zədələnən karateçi: "Yenə italiyalı idmançı burnumu qırdı"

"İki ay əvvəl Avropa çempionatının finalında burnum sındığı üçün döyüşə bilməmişdim. Bütün bunları italiyalı idmançı etmişdi. Yenə İtaliya təmsilçisi burnumu qırdı (gülür)".

Bunu "Report"un Polşaya ezam olunmuş əməkdaşına açıqlamasında III Avropa Oyunlarında italiyalı Klio Ferrakutti ilə döyüşdə burnu sınan Azərbaycan karateçisi Fəridə Əliyeva (+68 kq) deyib.

O, ciddi xəsarət almadığını bildirib: "Sadəcə, zərbə köhnə zədənin üzərinə dəydiyi üçün huşumu itirdim. Dərhal xəstəxanaya apardılar, sistem köçürdülər. Çox yaxşı qulluq etdilər. Məni orada tək qoymayan Gənclər və İdman Nazirliyinin əməkdaşlarına təşəkkürümü bildirirəm. Orada bir daha Azərbaycan idmançısı olduğumu hiss etdim".

Əliyeva yarışda qızıl medal qanan İrina Zaretskanın çıxışına da toxunub: "İrina ən güclü idmançımızdır. Bu gün qızıl medal qazandı. Təbrik edirəm. Doğrudan da buna layiqdir. Çünki öz üzərində çox işləyir. Digər idmançılarımıza da demək istəyirəm ki, heç vaxtdan ruhdan düşməsinlər. Azərbaycan qadını heç də zəif deyil. Hər zaman yarışlarda medal götürmüşük. Ölkəm, millətim və ailəmlə fəxr edirəm. Hamını qucaqlayıram".

Fərdi
Orxan Səfərov: "Dünya çempionatında yaxşı nəticənin olacağını gözləyirik"

Orxan Səfərov: "Dünya çempionatında yaxşı nəticənin olacağını gözləyirik"

Fərdi
Formula 1: İtaliya Qran Prisinin qalibi müəyyənləşib

Formula 1: İtaliya Qran Prisinin qalibi müəyyənləşib

Fərdi
Azərbaycan şahmatçılarının iştirak etdiyi dünya çempionatının rapid növündə qaliblər bəlli olub

Azərbaycan şahmatçılarının iştirak etdiyi dünya çempionatının rapid növündə qaliblər bəlli olub

Fərdi
"Vüqar Həşimov Memorialı-2022"nin afişası "Times" meydanında nümayiş olunub

"Vüqar Həşimov Memorialı-2022"nin afişası "Times" meydanında nümayiş olunub

Fərdi
"İlin idman yekunları": Bütün nominasiyalar üzrə qaliblər açıqlanıb

"İlin idman yekunları": Bütün nominasiyalar üzrə qaliblər açıqlanıb

Fərdi
Azərbaycanın taekvondo yığması Avropa çempionatında tarixi uğura imza atıb

Azərbaycanın taekvondo yığması Avropa çempionatında tarixi uğura imza atıb

Fərdi
Azərbaycan cüdoçuları Sloveniyada 8 medal qazanıb

Azərbaycan cüdoçuları Sloveniyada 8 medal qazanıb

Fərdi
Vüqar Əhmədov Avropa Kanoe Assosiasiyasının prezidenti ilə görüşüb

Vüqar Əhmədov Avropa Kanoe Assosiasiyasının prezidenti ilə görüşüb

Fərdi
Nazir Bakının kənd və qəsəbələrində bir sıra idman mərkəzlərinə baxış keçirib

Nazir Bakının kənd və qəsəbələrində bir sıra idman mərkəzlərinə baxış keçirib

Fərdi
Eldəniz Əzizli: "Paris-2024-də iştirak etmək üçün çəkimi dəyişəcəyəm"

Eldəniz Əzizli: "Paris-2024-də iştirak etmək üçün çəkimi dəyişəcəyəm"

Fərdi
Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyinin ilk qalibləri bəlli olub

Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyinin ilk qalibləri bəlli olub

Fərdi
Azərbaycan cüdoçuları Avropa Oyunlarında iştirak etməyəcəklər

Azərbaycan cüdoçuları Avropa Oyunlarında iştirak etməyəcəklər