Elçin Məsiyev Çempionlar Liqasının oyununa təyinat alıb
Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA-dan təyinat alıb.
"Report" Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, o, Litvada “Jalgiris” və Şimali Makedoniyanın “Struqa” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının I təsnifat mərhələsnin ilk oyununu idarə edəcək.
Məsiyevə laynsmanlar qismində Elşad Abdullayev və Pərvin Talıbov yardımçı olacaq.
Dördüncü hakim funksiyasını isə Kamal Umudlu yerinə yetirəcək.
Qeyd edək ki, iyulun 11-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

https://mail.qalaba.az//uploads/photo/elchin-mesiyev-chempionlar-liqasinin-oyununa-teyinat-alib.webp











