Çempionlar Liqası: "Araz-Naxçıvan"ın rəqibləri bəlli olub
İsveçrənin Nyon şəhərində futzal üzrə UEFA Çempionlar Liqasının 2023/2024 mövsümünün püşkü atılıb.
"Report" xəbər verir ki, püşkatma mərasimində Azərbaycan təmsilçisi "Araz-Naxçıvan"ın da rəqibləri müəyyənləşib.
Mübarizəyə ilkin mərhələdən başlayacaq son ölkə çempionu Latviyanın "Riqa", Almaniyanın "Yan Regensburq" və Türkiyənin "İstanbul Şişli" komandaları ilə birlikdə A qrupunda yer alacaq.
Bu mərhələnin oyunları avqustun 22-dən 27-dək Latviyada keçiriləcək. Əsas mərhələyə qrup qalibləri və ən yaxşı göstəriciyə malik ikinci pilləni tutan 1 komanda vəsiqə qazanacaq.

https://mail.qalaba.az//uploads/photo/chempionlar-liqasi-araz-naxchivanin-reqibleri-belli-olub.webp











