PFL rəsmisi Konfrans Liqasının oyununa təyinat alıb
Peşəkar Futbol Liqasının icraçı-direktoru Zaur Hacı-Məhərrəmov UEFA-dan yeni təyinat alıb.
"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Moldovada “Zimbru” və San-Marinonun “La Fiorita” komandaları arasında keçiriləcək Konfrans Liqasının I təsnifat mərhələsinin cavab görüşündə UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, qarşılaşma iyulun 20-də gerçəkləşəcək.

https://mail.qalaba.az//uploads/photo/pfl-resmisi-konfrans-liqasinin-oyununa-teyinat-alib.webp











