"Neftçi"nin futbolçusu: "Konfrans Liqasında qrup mərhələsinə düşmək istəyirik"

"Neftçi"nin futbolçusu: "Konfrans Liqasında qrup mərhələsinə düşmək istəyirik"

"UEFA Konfrans Liqasının qrup mərhələsinə düşmək istəyirik və bunun üçün çalışacağıq".

"Report"un məlumatına görə, bunu "Neftçi"nin futbolçusu Azər Əliyev klubun rəsmi saytına müsahibəsində deyib.

29 yaşlı yarımmüdafiəçi potensial rəqibləri olan "Jelezniçar" (Bosniya və Herseqovina) və "Dinamo" (Minsk, Belarus) klubları haqqında məlumatının olmadığını söyləyib: "Bu komandaların öz aralarındakı oyunlardan sonra yəqin ki, məşqçilər korpusu avrokuboklardakı ilk rəqibimiz haqqında bizə ətraflı məlumat verəcək".

Əliyev Rusiyadakı təlim-məşq toplanışı haqqında fikirlərini bölüşüb: "Gözəl şəhərdə və yaxşı meydançalarda məşq edirik. Beynəlxalq turnirində mübarizə aparırıq. Düşünürəm ki, yeni mövsüm üçün bu, çox yaxşı hazırlıqdır".

O, turnirdə keçirdikləri iki matç haqqında danışıb: "Çox güclü rəqiblərlə qarşılaşırıq. “Zenit” və “Srvena Zvezda” ilə matçlardakı nəticəyə baxmayaraq, fikrimcə, keyfiyyətli oyun göstərdik. Həm də əsas odur ki, yüklənə bildik. Təlim-məşq toplanışında olduğumuzu nəzərə alsaq, hazırda bizim üçün ən vacibi budur. Bu mənada nəticə önəmli deyil. Heyətin formalaşması və taktiki baxımdan da belə oyunlar bizim üçün çox əhəmiyyətlidir. Əminəm ki, “Fenerbağçe” ilə görüşümüz də maraqlı alınacaq".

Yarımmüdafiəçi Moskva “Spartak”ına qarşı iyulun 18-dəki yoxlama görüşünə də toxunub: "Bu görüş mənim üçün xüsusi önəm daşımır, amma təbii ki, “Spartak” kimi komandaya qarşı oynamaq xoş olacaq. Həm də qeyd etdiyiniz kimi, mən “qırmızı-ağlar”a qarşı az oynamamışam. Təlim-məşq toplanışı çərçivəsində keyfiyyətli meydançada güclü rəqiblə qarşılaşmaq maraqlı və komandamız üçün çox faydalıdır".

Futbol
Canni İnfantino yenidən FIFA prezidenti seçiləcək

Canni İnfantino yenidən FIFA prezidenti seçiləcək

Futbol
İspaniyalı futbolçu: "Azərbaycanda ən böyük çətinliyim dillə bağlıdır"

İspaniyalı futbolçu: "Azərbaycanda ən böyük çətinliyim dillə bağlıdır"

Futbol
Serxio Buskets milli karyerasını bitirib

Serxio Buskets milli karyerasını bitirib

Futbol
“Barselona” “Real Madrid”i məğlub edərək İspaniya Superkubokunun qalibi olub

“Barselona” “Real Madrid”i məğlub edərək İspaniya Superkubokunun qalibi olub

Futbol
"Qarabağ" italiyalı hücumçu ilə maraqlanır

"Qarabağ" italiyalı hücumçu ilə maraqlanır

Futbol
"Qarabağ"ın kapitanı yenidən zədələnib

"Qarabağ"ın kapitanı yenidən zədələnib

Futbol
"Nant"ın baş məşqçisi: "Qarabağ"la oyunda qalib gəlməyə çalışacağıq"

"Nant"ın baş məşqçisi: "Qarabağ"la oyunda qalib gəlməyə çalışacağıq"

Futbol
Kaka: "Ronaldo braziliyalılar üçün sadəcə, küçədə gəzən gombuldur"

Kaka: "Ronaldo braziliyalılar üçün sadəcə, küçədə gəzən gombuldur"

Futbol
Azərbaycan millisinin futzalçısı Rusiya klubuna qayıdıb

Azərbaycan millisinin futzalçısı Rusiya klubuna qayıdıb

Futbol
Bundesliqa: "Union" tarixində ilk dəfə liqa cədvəlinə başçılıq edir

Bundesliqa: "Union" tarixində ilk dəfə liqa cədvəlinə başçılıq edir

Futbol
UEFA "Qarabağ"la bağlı paylaşım edib

UEFA "Qarabağ"la bağlı paylaşım edib

Futbol
Avropa Liqası: "Qarabağ" və "Frayburq"un start heyətləri bəlli olub

Avropa Liqası: "Qarabağ" və "Frayburq"un start heyətləri bəlli olub