AFFA İntizam Komitəsi 5 klubu cərimələyib

AFFA İntizam Komitəsi 5 klubu cərimələyib

AFFA İntizam Komitəsinin (İK) qərarları açıqlanıb.

"Report"un məlumatına görə, İK Premyer Liqada çıxış edən 5 klubu cərimələyib.

Misli Premyer Liqasının VII turunun “Sabah” – “Turan Tovuz” oyununda oyunun 36-cı dəqiqəsində “Turan Tovuz” klubunun 8 nömrəli futbolçusu Şakir Seyidov birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır klub 1600 manat cərimə olunur

17.09.2022-ci il tarixində Misli Premyer Liqasının VII turunun “Qəbələ” – “Sumqayıt” oyununda oyunun 83-cü dəqiqəsində “Qəbələ” klubunun azarkeşləri tərəfindən Baş hakim təhqir edildiyi üçün “Qəbələ” klubu 4000 manat cərimə olunur. (maddə 41.7).

17.09.2022-ci il tarixində Misli Premyer Liqasının VII turunun “Qəbələ” – “Sumqayıt” oyununda oyunun 84-cü dəqiqəsində “Qəbələ” klubunun 7 nömrəli futbolçusu Rövlan Muradov birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyun cəzalanır, klub 1600 manat cərimə olunur (maddə 36.1).

17.09.2022-ci il tarixində Misli Premyer Liqasının VII turunun “Səbail” – “Neftçi” oyununda oyundan sonra isti su təchizatının olmaması və hakimlər üçün isti suyun təmin olunmamasına görə “Səbail” klubu 800 manat cərimə olunur. (maddə 60).

18.09.2022-ci il tarixində Misli Premyer Liqasının VII turunun “Kəpəz” – “Şamaxı” oyununda oyunun 34-cü dəqiqəsində “Kəpəz” klubunun azarkeşləri tərəfindən hakimlərin ünvanına qeyri-etik və təhqiramiz ifadələr işlədildiyi üçün “Kəpəz” klubu 4000 manat cərimə olunur. (maddə 41.7).

18.09.2022-ci il tarixində Misli Premyer Liqasının VII turunun “Kəpəz” – “Şamaxı” oyununda 2-ci hissədə “Şamaxı” komandası meydana 3 dəqiqə gec daxil olduğu üçün “Şamaxı” klubu 800 manat cərimə olunur. (maddə 84).

18.09.2022-ci il tarixində Misli Premyer Liqasının VII turunun “Kəpəz” – “Şamaxı” oyununda “Kəpəz” klubunun 8 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39).

18.09.2022-ci il tarixində Misli Premyer Liqasının VII turunun “Kəpəz” – “Şamaxı” oyununda “Şamaxı” klubunun 2 nömrəli futbolçusu Rauf Hüseynli oyundan sonra hakimin qərarına öz etirazını bildirməsinə görə ikinci sarı vərəqə ilə cəzalandırılaraq qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 47.2).

Futbol
Fariz Nəcəfov: "VAR sistemində boşluqların olmasını anlayışla qarşılayıram"

Fariz Nəcəfov: "VAR sistemində boşluqların olmasını anlayışla qarşılayıram"

Futbol
"Olimpiakos"un baş məşqçisi: "Bizim üçün həlledici matçdır"

"Olimpiakos"un baş məşqçisi: "Bizim üçün həlledici matçdır"

Futbol
Belaruslu mütəxəssis: "Azərbaycan futbolu barədə mənfi söz deyə bilmərəm"

Belaruslu mütəxəssis: "Azərbaycan futbolu barədə mənfi söz deyə bilmərəm"

Futbol
"Nant"ın futbolçusu: "Qarabağ"la oyundan sonra toparlanmağa çalışdıq"

"Nant"ın futbolçusu: "Qarabağ"la oyundan sonra toparlanmağa çalışdıq"

Futbol
"Real Madrid" Xorvatiya millisinin müdafiəçisini transfer etmək istəyir

"Real Madrid" Xorvatiya millisinin müdafiəçisini transfer etmək istəyir

Futbol
İran millisinin baş məşqçisi istefa verib

İran millisinin baş məşqçisi istefa verib

Futbol
Fariz Nəcəfov: “Büdcəmiz imkan verərsə, sıralarımızı bir futbolçu ilə genişləndirmək istəyirik”

Fariz Nəcəfov: “Büdcəmiz imkan verərsə, sıralarımızı bir futbolçu ilə genişləndirmək istəyirik”

Futbol
Karyerası ərzində yalnız bir klubun formasını geyinmiş dünya çempionu ölüb

Karyerası ərzində yalnız bir klubun formasını geyinmiş dünya çempionu ölüb

Futbol
"Qalatasaray" Azərbaycanı təbrik edib - FOTO

"Qalatasaray" Azərbaycanı təbrik edib - FOTO

Futbol
Avropa Liqasında həftənin ən yaxşı oyunçusu adına namizədlər bəlli olub

Avropa Liqasında həftənin ən yaxşı oyunçusu adına namizədlər bəlli olub

Futbol
"Olimpiakos"un prezidenti koronavirusa yoluxub

"Olimpiakos"un prezidenti koronavirusa yoluxub

Futbol
Rusiya klubu “Qarabağ”ın futbolçusunu transfer etmək istəyir

Rusiya klubu “Qarabağ”ın futbolçusunu transfer etmək istəyir