Azərbaycanın U-19 millisi bu gün seçmə mərhələdə Türkiyə ilə qarşılaşacaq
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək.
"Report"un məlumatına görə, 2-ci qrupda yer alan yığma Türkiyə seçməsi ilə qarşılaşacaq.
Bolqarıstanın Albena şəhərində oynanılacaq görüş Bakı vaxtı ilə saat 14:00-dabaşlayacaq.
24 sentyabr
14:00. Türkiyə - Azərbaycan
Hakimlər: Helgi Mikael Yonasson, Egill Gudvardur Gudlauqsson (hər ikisi İslandiya), Xristo Hadjiyski (Bolqarıstan)
Dördüncü hakim: Georgi Ginçev (Bolqarıstan)
Qeyd edək ki, Azərbaycan millisi qrupdakı ilk matçında Bolqarıstana minimal hesabla uduzub - 0:1.

https://mail.qalaba.az//uploads/photo/azerbaycanin-u-19-millisi-bu-gun-sechme-merhelede-turkiye-ile-qarshilashacaq.webp











