Qadın futbolçulardan ibarət Azərbaycan millisi növbəti dəfə heç-heçə edib
Latviyada təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan millisi bu ölkənin yığma komandası ilə növbəti yoldaşlıq oyununu keçirib.
"QELEBE.AZ"un məlumatına görə, qarşılaşma 1:1 hesabı ilə nəticələnib.
Azərbaycan yığmasının heyətində 36-cı dəqiqədə Sevinc Cəfərzadə fərqlənib.
Qeyd edək ki, bu komandalar arasında iyulun 14-də keçirilmiş ilk matç da 1:1 hesabı ilə nəticələnmişdi.

https://mail.qalaba.az//uploads/photo/qadin-futbolchulardan-ibaret-azerbaycan-millisi-novbeti-defe-hech-heche-edib.webp











