Məhəmməd Adıyev: "Azərbaycan millisi ilə oyuna ciddi hazırlaşmışıq"

Məhəmməd Adıyev: "Azərbaycan millisi ilə oyuna ciddi hazırlaşmışıq"

"Yenidən Bakıya gəldiyimiz üçün xoşbəxtik. Qrup qalibi olsaq da, oyuna ciddi hazırlaşmışıq".

"QELEBE.AZ"un məlumatına görə, bunu Qazaxıstan yığmasının  Bakıda Azərbaycana qarşı keçiriləcək UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu - VI tur oyunundan əvvəl mətbuat konfransında deyib.

45 yaşlı mütəxəssis rəqibin potensialına yaxşı bələd olduqlarını bildirib: "Oyunun gedişatını öz xeyrimizə dəyişməyə çalışacağıq".

Rusiyalı baş məşqçi bu görüşdə gənc futbolçulara da şans verəcəyini istisna etməyib: "İqor Şatski 100 faiz meydanda olacaq. Bugünkü məşqdən sonra kimlərin start heyətində olacağını dəqiqləşdirəcəyik".

Onun sözlərinə görə, bütün yığmalarda yüksəlişlə yanaşı, eniş də olur: "Bu, bizə də aiddir. Sadəcə, biz aşağıdan yuxarıya doğru qalxdıq. Bizi ölkəmiz, azarkeşlərimiz dəstəkləyir. Futbolumuz bu yerdə olduğu üçün sevinirik".

Mütəxəssis 6 ildir Qazaxıstana qalib gələ bilməyən Azərbaycan millisinin qisas arzusunda olmasının təqdirəlayiq olduğunu vurğulayıb: "Hər komanda belə düşünməlidir. Biz də meydana çıxanda bunu etmək istəyirik. Hər şey sabah meydanda bəlli olacaq". 

Adıyev Azərbaycan yığmasının Slovakiyaya qalib gəldiyi matçı izlədiyini bildirib: "Həmin görüşü Azərbaycanın aktivinə yazmaq olar. Komandanız çox yaxşı təsir bağışladı. Əvvəlki qarşılaşmalarla müqayisədə oyun sxemində fərqlilik var. Azərbaycan yığması son görüşdə komanda şəklində oynadı. Məhz bunun sayəsində qələbə qazandı. Bizimlə ilk matçda isə müəyyən çatışmazlıqlar var idi".

O, Astanadakı matçdan sonra Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi haqqında səsləndirdiyi fikirlərə də aydınlıq gətirib: "Onun çox danışmaq əvəzinə işləməli olduğunu deməmişəm. Bu, hörmətsizlik olardı. Əksinə, De Byazi görüşdən öncə və sonra mən və futbolçularıma hörmətsizlik edib. Mən də bunun qarşılığında bu cür ifadə işlətmişəm".

Futbol
"Barselona" "Real Madrid"i yenərək İspaniya Superkubokunun qalibi olub

"Barselona" "Real Madrid"i yenərək İspaniya Superkubokunun qalibi olub

Futbol
Ronaldo DÇ-2030 üçün sifarişin səfiri olacaq və daha 200 milyon avro qazanacaq

Ronaldo DÇ-2030 üçün sifarişin səfiri olacaq və daha 200 milyon avro qazanacaq

Futbol
"Yuventus"un futbolçusu üç həftə oynamayacaq

"Yuventus"un futbolçusu üç həftə oynamayacaq

Futbol
"Zirə"nin iki futbolçusu cəzalanıb, klub cərimə olunub

"Zirə"nin iki futbolçusu cəzalanıb, klub cərimə olunub

Futbol
Ronaldunun komandasının oyunu hava şəraitinə görə təxirə salınıb

Ronaldunun komandasının oyunu hava şəraitinə görə təxirə salınıb

Futbol
Ronaldu klub karyerasında 700-cü qolunu vurub

Ronaldu klub karyerasında 700-cü qolunu vurub

Futbol
Argentina 3 qat dünya çempionu olub

Argentina 3 qat dünya çempionu olub

Futbol
"Qarabağ" "Qəbələ"ni, "Sabah" "Kəpəz"i sınağa çəkəcək

"Qarabağ" "Qəbələ"ni, "Sabah" "Kəpəz"i sınağa çəkəcək

Futbol
2022-ci ilin ən yaxşı gənc futbolçusu açıqlanıb

2022-ci ilin ən yaxşı gənc futbolçusu açıqlanıb

Futbol
"Mançester Yunayted"in baş məşqçisi Ronaldunu bağışlamaq üçün şərtlərini açıqlayıb

"Mançester Yunayted"in baş məşqçisi Ronaldunu bağışlamaq üçün şərtlərini açıqlayıb

Futbol
Premyer Liqa: "Qarabağ" "Turan Tovuz"u qəbul edəcək

Premyer Liqa: "Qarabağ" "Turan Tovuz"u qəbul edəcək

Futbol
Varan Danimarka ilə oyuna hazırdır

Varan Danimarka ilə oyuna hazırdır