“Qarabağ” avrokuboklarda 4 dəfə ilk oyundakı məğlubiyyətin əvəzini çıxıb - ARAŞDIRMA

“Qarabağ” avrokuboklarda 4 dəfə ilk oyundakı məğlubiyyətin əvəzini çıxıb - ARAŞDIRMA

“Qarabağ” tarixi ərzində 4 dəfə avrokubokların təsnifat mərhələlərində ilk oyundakı məğlubiyyətin əvəzini çıxa bilib.

“QELEBE.AZ”un araşdırmasına görə, bunların hər birində cavab görüşü Bakıda keçirilib.

Azərbaycan təmsilçisi üç halda ilk qarşılaşmada 0:1, bir dəfə isə 1:2 hesablı məğlubiyyətlə üzləşməsinə baxmayaraq, doğma meydanda geridönüş etməyi bacarıb. Ağdamlılar hətta bunun üçündə böyükhesablı qalibiyyət əldə ediblər. 2019/2020 mövsümündə Şimali İrlandiyanın “Linfild” klubu ilə ümumi qol sayında bərabərlik olsa da, səfərdə daha çox fərqlənmək “Qarabağ”ı növbəti mərhələyə daşımışdı.

“Qarabağ”ın cavab oyununda geridönüş etdiyi duellərin 3-ü Avropa Liqası, 1-i isə Çempionlar Liqasına təsadüf edib.

Son belə uğur 2022/2023 mövsümündə Polşa təmsilçisi “Lex” önündə qazanılıb. “Qarabağ” indi də eyni durumla üz-üzədi. Komanda Çempionlar Liqasının II təsnifat mərhələsində Polşanın digər təmsilçisi “Rakuv”a səfərdə uduzub - 2:3. Qurban Qurbanovun yetirmələrini tarixində 5-ci geridönüş üçün bu dəfə minimalhesablı qalibiyyət də qane etməyəcək. Səfər qolu üstünlüyü ləğv olunduğundan, “köhlən atlar” bu gün minimum 2 top fərqi ilə rəqibi üstələməlidir.

“Qarabağ” indiyə qədər bir dəfə ilk matçda uduzduğu rəqibini cavab qarşılaşmasında məğlub etsə də, mərhələni adlaya bilməyib. Bu, 2011/2012 mövsümündə Avropa Liqasının III təsnifat mərhələsində baş verib. Belçika klubu “Brügge” həmin vaxt öz meydanında reallaşan ilk oyunda 4:1 hesablı qalibiyyətə sevinib. “Qarabağ” cavab görüşünü 1:0 hesablı üstünlüklə tamamlasa da, bu, növbəti mərhələni “görmək” üçün kifayət etməyib.

2016/2017 mövsümü, Avropa Liqasının pley-off mərhələsi
18.08.2016. “Göteborq” (İsveç) – “Qarabağ” 1:0
25.08.2016. “Qarabağ” - “Göteborq” 3:0

2018/2019 mövsümü, Avropa Liqasının pley-off mərhələsi
23.08.2018. “Şerif” (Moldova) - “Qarabağ” 1:0
30.08.2018. “Qarabağ” - “Şerif” 3:0

2019/2020 mövsümü, Avropa Liqasının pley-off mərhələsi
22.08.2019. “Linfild” (Şimali İrlandiya) – “Qarabağ” 3:2
29.08.2019. “Qarabağ” - “Linfild” 2:1

2022/2023 mövsümü, Çempionlar Liqasının I təsnifat mərhələsi
05.07.2022. “Lex” (Polşa) – “Qarabağ” 1:0
12.07.2022. “Qarabağ” - “Lex” 5:1

Futbol
DÇ-2022: Seneqal millisi Qətərlə oyunda 2-ci qolu vurub

DÇ-2022: Seneqal millisi Qətərlə oyunda 2-ci qolu vurub

Futbol
Tərlan Əhmədov: "Oyunun sonlarına yaxın əsəblər tarıma çəkilmişdi"

Tərlan Əhmədov: "Oyunun sonlarına yaxın əsəblər tarıma çəkilmişdi"

Futbol
"Sabah"ın ukraynalı futbolçusunun durumuna aydınlıq gəlib

"Sabah"ın ukraynalı futbolçusunun durumuna aydınlıq gəlib

Futbol
DÇ-2022: Cənubi Koreya - Portuqaliya matçında 2-ci hissə başlayıb

DÇ-2022: Cənubi Koreya - Portuqaliya matçında 2-ci hissə başlayıb

Futbol
Messinin dublu Argentina yığmasına Yamaykanı məğlub etməyə kömək edib

Messinin dublu Argentina yığmasına Yamaykanı məğlub etməyə kömək edib

Futbol
"Neftçi"nin əsas hücumçusu zədələnib

"Neftçi"nin əsas hücumçusu zədələnib

Futbol
Bu gün Premyer Liqada Azərbaycan derbisi keçiriləcək

Bu gün Premyer Liqada Azərbaycan derbisi keçiriləcək

Futbol
Hamidu Keyta: “Didye Droqbanın oyununu sevirdim”

Hamidu Keyta: “Didye Droqbanın oyununu sevirdim”

Futbol
Kurban Berdıyev "Traktor"dan ayrıla bilər

Kurban Berdıyev "Traktor"dan ayrıla bilər

Futbol
"Olimpiakos"un qapıçısı: "Qarabağ"a qalib gələ bilərdik"

"Olimpiakos"un qapıçısı: "Qarabağ"a qalib gələ bilərdik"

Futbol
"Frayburq"un aparıcı futbolçusu "Qarabağ"la oyunu buraxacaq

"Frayburq"un aparıcı futbolçusu "Qarabağ"la oyunu buraxacaq

Futbol
Azərbaycan Premyer Liqası: "Qarabağ" - "Zirə" matçının hakimləri açıqlanıb

Azərbaycan Premyer Liqası: "Qarabağ" - "Zirə" matçının hakimləri açıqlanıb