“Sabah” UEFA Konfrans Liqasına qələbə ilə başlayıb

“Sabah” UEFA Konfrans Liqasına qələbə ilə başlayıb

Bakının “Sabah” komandası avqustun 10-da UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda Serbiyanın “Partizan” komandasını qəbul edib.

APA xəbər verir ki, “Bank Respublika Arena”da keçirilən görüşdə “Sabah” 2:0 hesabı ilə qalib gəlib.

Gürcüstanlı referi Giorgi Kruaşvilinin idarə etdiyi oyunun birinci hissəsində hesab açılmayıb. Matçın ikinci hissəsində daha gərgin idman mübarizəsi yaşanıb. Bu hissədə daha inamlı oyun göstərən bakılılar 69-cu dəqiqədə hesabı açmaq üçün gözəl şans əldə ediblər. Lakin Aleksey İsayev 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirə bilməyib. Bu epizoddan 1 dəqiqə sonra “Sabah” istəyinə çatıb. Boyan Letiçin cərimə meydançasının kənarından vurduğu baxımlı zərbədən sonra top qapı tirinə toxunaraq tora daxil olub. – 1:0. Bu qoldan dörd dəqiqə sonra B.Letiç Aleksey İsayevin ötürməsini qolla tamamlayaraq dublunu rəsmiləşdirib – 2:0.

Qalan dəqiqələrdə hesab dəyişməyib və “Sabah” UEFA Konfrans Liqasında mübarizəyə qələbə ilə başlayıb.

Futbol
Avropa Liqası: “Qarabağ” səfərdə Bundesliqanın lideri ilə oynayacaq

Avropa Liqası: “Qarabağ” səfərdə Bundesliqanın lideri ilə oynayacaq

Futbol
Tahir Süleymanov: "Əliyar Ağayevin briqadası ölkəmizi yaxşı səviyyədə təmsil etdi"

Tahir Süleymanov: "Əliyar Ağayevin briqadası ölkəmizi yaxşı səviyyədə təmsil etdi"

Futbol
De Byazi: “3 təklifi rədd edib Azərbaycanda qaldım”

De Byazi: “3 təklifi rədd edib Azərbaycanda qaldım”

Futbol
“Kəpəz” – “Qarabağ” oyununda kütləvi dava düşüb, 7 futbolçu diskvalifikasiya olunub

“Kəpəz” – “Qarabağ” oyununda kütləvi dava düşüb, 7 futbolçu diskvalifikasiya olunub

Futbol
"Araz-Naxçıvan"ın oyunlarının təqvimi bəlli olub

"Araz-Naxçıvan"ın oyunlarının təqvimi bəlli olub

Futbol
Premyer Liqa: "Qəbələ" "Sabah"ı qəbul edəcək

Premyer Liqa: "Qəbələ" "Sabah"ı qəbul edəcək

Futbol
Azərbaycan millisi tarixi nəticəyə imza atıb

Azərbaycan millisi tarixi nəticəyə imza atıb

Futbol
"Şamaxı"nın əsas hücumçusu zədələnib

"Şamaxı"nın əsas hücumçusu zədələnib

Futbol
AFFA-nın baş katibi FIFA-nın tədbirində iştirak edir

AFFA-nın baş katibi FIFA-nın tədbirində iştirak edir

Futbol
AFFA “Neftçi” klubunun baş məşqçisini və futbolçularını cəzalandırıb

AFFA “Neftçi” klubunun baş məşqçisini və futbolçularını cəzalandırıb

Futbol
Kevin Medina: “Müdafiədə Maksim Medvedevlə daha yaxşı anlaşıram”

Kevin Medina: “Müdafiədə Maksim Medvedevlə daha yaxşı anlaşıram”

Futbol
"Səbail" yeni mövsümdə ilk qələbəsini qazanıb

"Səbail" yeni mövsümdə ilk qələbəsini qazanıb