Millimiz Omana qalib gəlib
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Bakıda ilk yoxlama oyununu keçirib.
QELEBE.AZ xəbər verir ki, Rəşad Eyyubovun rəhbərlik etdiyi kollektiv Omanın U-23 komandası ilə üz-üzə gəlib.
“Bank Respublika Arena”da baş tutan görüş yığmamızın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, komandalar arasında ikinci yoxlama oyunu noyabrın 17-də saat 17:00-da keçiriləcək.

https://mail.qalaba.az//uploads/photo/millimiz-omana-qalib-gelib.webp