Azərbaycan I və II Liqasının oyunları Peşəkar Futbol Liqasının yutub kanalı vasitəsilə canlı yayımlanacaq
Futbol üzrə Azərbaycan I və II Liqasının oyunları Peşəkar Futbol Liqasının (PFL) yutub kanalı vasitəsilə canlı yayımlanacaq.
“Report” xəbər verir ki, bu barədə qurumun media və marketinq direktoru Sənan Abdullayev püşkatma zamanı məlumat verib.
Onun sözlərinə görə, I Liqa ilə bağlı məsələ artıq həllini tapıb. S.Abdullayev II Liqada da bu yöndə problem yaşanmayacağını düşünür: “Şirkətlərlə danışıqlar gedir. I Liqanın bütün oyunları istisnasız canlı yayımlanacaq. II Liqa ilə bağlı da iş gedir. Hər iki liqa PFL-in yutub səhifəsi vasitəsilə canlı yayımlanacaq. Ancaq hazırlıq prosesi təxminən bir ay çəkə bilər”.
PFL nümayəndəsi hər hansı bir xarici şirkətlə anlaşma əldə olunarsa, yayımı onlara verməyə də hazır olduqlarını söyləyib.
Qeyd edək ki, II Liqa sentyarın 4-də, I Liqa isə sentyabrın 13-də başlayacaq.

https://mail.qalaba.az//uploads/photo/azerbaycan-i-ve-ii-liqasinin-oyunlari-peshekar-futbol-liqasinin-yutub-kanali-vasitesile-canli-yayimlanacaq.webp











