Azərbaycan cüdoçuları İBSA Dünya Oyunlarını 3 medalla başa vurublar
Azərbaycan paracüdoçuları İngiltərənin Birmingem şəhərində keçirilən İBSA Dünya Oyunlarını 3 medalla başa vurublar.
Milli Paralimpiya Komitəsindən “QELEBE.AZ”a verilən məlumata görə, yığma yarışda 2 gümüş, 1 bürünc mükafat qazanıb.
Kişilərin mübarizəsində İlham Zəkiyev (+90 kq, J1), qadınlarda isə Xanım Hüseynova (70 kq, J2) turniri ikinci pillədə başa vurublar. Digər qadın cüdoçu Şəhanə Hacıyeva (48 kq, J2) isə bürünc medala yiyələnib.

https://mail.qalaba.az//uploads/photo/azerbaycan-cudochulari-ibsa-dunya-oyunlarini-3-medalla-basha-vurublar.webp











