Şahmat üzrə Azərbaycan çempionatında lider dəyişməyib

Şahmat üzrə Azərbaycan çempionatında lider dəyişməyib

Kişilər arasında şahmat üzrə Azərbaycan çempionatında IV turun görüşləri keçirilib.

Federasiyadan "Report"a verilən məlumata görə, hesabat turunda mərkəzi qarşılaşma Vasif Durarbəyli ilə turnirin reytinq favoriti Nicat Abasov arasında olub. Çempionatın lideri olan Durarbəyli ardıcıl dördüncü qələbəni qazanmaqla birinci pilləni qoruyub.

Şiroğlan Talıbov ağ fiqurlarla Xəzər Babazadəni, Vüqar Əsədli "qara"larla Ülvi Sadıqovu, Məhəmməd Muradlı Fariz Əhmədovu üstələyib.
Əhməd Əhmədzadə qara fiqurlarla İsmayıl Şahəliyevə uduzub. İsmayıl Qurbanov isə Murad İbrahimliyə təslim olmaqla turu xalsız başa vurub.

Bu tur çempionatın debütantı Xaqan Əhmədin ilk heç-heçəsi ilə əlamətdar olub. Ardıcıl üç məğlubiyyətdən sonra 12 yaşlı şahmatçı Şahin Vəliyevlə xalları yarı bölüb.

Digər oyunlara gəlincə, Eltac Səfərli və Aydın Süleymanlı, Abdulla Qədimbəyli və Vüqar Manafov, Fərid Mustafayev və Elvin Bayramov arasında oynanılan partiyalar heç-heçə ilə yekunlaşıb.

4 turdan sonra Vasif Durarbəyli maksimum xalla birinci pillədə qərarlaşıb. İkinci sıradakı Şiroğlan Talıbov liderdən 1 xal geri qalır. 3-7-ci yerləri bölüşdürən Aydın Süleymanlı, Vüqar Əsədli, Eltac Səfərli, İsmayıl Şahəliyev, Məhəmməd Muradlının aktivində 2,5 xal var. Nicat Abasov, Ülvi Sadıqov, Vüqar Manafov, Elvin Bayramov, Xəzər Babazadə, Abdulla Qədimbəyli və Murad İbrahimli 2 xal toplayıb. Növbəti pillələrdə hərəyə 1,5 xalı olan Əhməd Əhmədzadə, Fariz Əhmədov, Fərid Mustafayev qərarlaşıb. Şahin Vəliyevin cəmi 1 xalı var. Turnirin son pillələrində İsmayıl Qurbanovla Xaqan Əhməd yer alıb (hərəyə 0,5 xal).

Xatırladaq ki, 9 turdan sonra ilk dörd yeri tutacaq şahmatçılar final mərhələsində mübarizəni davam etdirəcək. Ölkə çempionu yarımfinal və final görüşlərindən sonra məlum olacaq.

Fərdi
AMADA: "Qayda pozuntularının 56 faizi steroid və narkotiklərdən olub"

AMADA: "Qayda pozuntularının 56 faizi steroid və narkotiklərdən olub"

Fərdi
Samboçularımız Avropa çempionatını 4 medalla başa vurublar

Samboçularımız Avropa çempionatını 4 medalla başa vurublar

Fərdi
Azərbaycan yığmasının boksçuları ölkə çempionatında yarımfinala yüksəliblər

Azərbaycan yığmasının boksçuları ölkə çempionatında yarımfinala yüksəliblər

Fərdi
Bakıda keçiriləcək Dünya Kubokunun püşkatma mərasimi olub

Bakıda keçiriləcək Dünya Kubokunun püşkatma mərasimi olub

Fərdi
Azərbaycan gimnastları beynəlxalq turnirdə qızıl medal qazanıb

Azərbaycan gimnastları beynəlxalq turnirdə qızıl medal qazanıb

Fərdi
AİJA ilin qaliblərini açıqlayıb: Siyahıda "Report" və əməkdaşları da var

AİJA ilin qaliblərini açıqlayıb: Siyahıda "Report" və əməkdaşları da var

Fərdi
Şahmat üzrə Azərbaycan çempionatına yekun vurulub, mundialın iştirakçıları bəlli olub

Şahmat üzrə Azərbaycan çempionatına yekun vurulub, mundialın iştirakçıları bəlli olub

Fərdi
Azərbaycanın 35 veteran cüdoçusu dünya çempionatında iştirak edəcək

Azərbaycanın 35 veteran cüdoçusu dünya çempionatında iştirak edəcək

Fərdi
Azərbaycanın idman gimnastı Rusiyada qızıl medal qazanıb

Azərbaycanın idman gimnastı Rusiyada qızıl medal qazanıb

Fərdi
Eldəniz Əzizli: "Paris-2024-də iştirak etmək üçün çəkimi dəyişəcəyəm"

Eldəniz Əzizli: "Paris-2024-də iştirak etmək üçün çəkimi dəyişəcəyəm"

Fərdi
Azərbaycan taekvondoçusu Avropa çempionu olub

Azərbaycan taekvondoçusu Avropa çempionu olub

Fərdi
Mundiala aparılmayan olimpiya çempionu: "Federasiya bizə şərait yaratmır"

Mundiala aparılmayan olimpiya çempionu: "Federasiya bizə şərait yaratmır"