I Liqa: İlk dövrəyə yekun vurulur - YENİLƏNİR
Futbol üzrə Azərbaycan I Liqasında mübarizə davam edir.
Apasport.az xəbər verir ki, bu gün turnirdə ilk dövrəyə yekun vurulacaq.
IX turun ikinci oyun günü Zaqatalada start götürəcək. Rayonun eyniadlı komandası "Xankəndi"ni qəbul edəcək.
Çempionluğa iddialı "Səbail" isə "Şimal"ı sınağa çəkəcək.
I Liqa
IX tur
27 noyabr
14:30. “Zaqatala” - “Xankəndi”
Hakimlər: Murad Səlimov, Taleh Məmmədov, Rasim Axundov, Ruslan Quliyev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu.
16:00. “Səbail” - “Şimal”
Hakimlər: Niyaz Əhmədov, Sənan Atayev, Vüqar Bayramov, Ceyhun Hüseynov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Törə Əhmədova.
Masazır. “Bank Respublika Arena”.

https://mail.qalaba.az//uploads/photo/i-liqa-ilk-dovreye-yekun-vurulur-yenilenir.webp