Avropa Liqası: “Milan” səfərdə, “Yuventus” evdə qalib gəlib
UEFA Avropa Liqasında Liqa mərhələsinin V turunun oyunları keçirilib.
QELEBE.AZ xəbər verir ki, turun bütün 18 qarşılaşması eyni gündə baş tutub.
İtaliyanın “Milan” klubu səfərdə Yunanıstan “Olimpiakos”unu 4:2 hesabı ilə məğlub edib. Digər İtaliya təmsilçisi “Yuventus” isə öz meydanında Kiprin “Omoniya” kollektivinə 4:1 hesabı ilə qalib gəlib.
Portuqaliyanın “Benfika” klubu Çexiyada “Viktoriya Plzen”ə 0:4 hesabı ilə uduzub. Almaniyanın “Bayer” (Leverkuzen) komandası isə səfərdə Zaqreb “Dinamo”sunu 2:0 hesabı ilə üstələyib.
Fransanın “Marsel” klubu “Levski”ni minimal hesabla məğlub edib. “Lion” Norveç təmsilçisi “Lilleström”lə qolsuz heç-heçə edib. “Kristal Pelas” isə “Real Sosyedad”ı 2:1 hesabı ilə üstələyib.
UEFA Avropa Liqası
Liqa mərhələsi, V tur
26 noyabr
21:45. “Olimpiakos” (Yunanıstan) – “Milan” (İtaliya) 2:4
21:45. “Viktoriya Plzen” (Çexiya) – “Benfika” (Portuqaliya) 4:0
21:45. “Dinamo” (Zaqreb, Xorvatiya) – “Bayer” (Leverkuzen, Almaniya) 0:2
21:45. “Marsel” (Fransa) – “Levski” (Bolqarıstan) 1:0
21:45. “Selta” (İspaniya) – “Bornmut” (İngiltərə) 1:2
21:45. “Zalsburq” (Avstriya) – “Ararat-Armeniya” (Ermənistan) 2:0
21:45. “Yunion” (Belçika) – “Lex” (Polşa) 2:2
21:45. “Beşiktaş” (Türkiyə) – “Hapoel Beer-Şeva” (İsrail) 1:0
00:00. “Yuventus” (İtaliya) – “Omoniya” (Kipr) 4:1
00:00. “Kristal Pelas” (İngiltərə) – “Real Sosyedad” (İspaniya) 2:1
00:00. “Lion” (Fransa) – “Lilleström” (Norveç) 0:0
00:00. “Seltik” (Şotlandiya) – “Torreense” (Portuqaliya) 1:2
00:00. “Sanderlend” (İngiltərə) – “Yagelloniya” (Polşa) 1:1
00:00. “Sparta” (Praqa, Çexiya) – AZ (Niderland) 2:4
00:00. “Ferentsvaroş” (Macarıstan) – “Tselye” (Sloveniya) 0:0
00:00. “Hoffenhaym” (Almaniya) – “Şturm” (Avstriya) 3:1
00:00. NEC (Niderland) – “Renn” (Fransa) 3:1
00:00. OFİ (Yunanıstan) – “Anderlext” (Belçika) 1:3

https://mail.qalaba.az//uploads/photo/avropa-liqasi-milan-seferde-yuventus-evde-qalib-gelib.webp











