İqor Ponomaryov: "Bu, hakimlərin yeganə mübahisəli qərarı deyildi"

İqor Ponomaryov: "Bu, hakimlərin yeganə mübahisəli qərarı deyildi"

"Sabah"ın idman direktoru və Müşahidə Şurasının üzvü İqor Ponomaryov "Qarabağ"a 3:4 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının VI tur oyunundakı mübahisəli hakim qərarına münasibət bildirib.

Klub rəsmisi "QELEBE.AZ"a açıqlamasında sonuncu penalti qərarından öncə topun yan xətti rəqib futbolçudan tərk etdiyini söyləyib.

62 yaşlı mütəxəssis deyib ki, həmin epizodla bağlı əlavə şərhə ehtiyac yoxdur: "Matçdan dərhal sonra məndən futbol yox, hakimlik haqqında soruşurlarsa, deməli, idarəçilik lazımi səviyyədə deyildi. Buna VAR sistemində baxmaq olmazdımı? Məncə, düzgün qərar vermək üçün çox sadə epizod idi".

Ponomaryovun sözlərinə görə, bu, qarşılaşma zamanı yeganə mübahisəli qərar olmayıb: "Sosial şəbəkələrdə, mətbuatda gedən söhbətlərə baxsanız, nə demək istədiyimi başa düşəcəksiniz. Dünən hər iki komandanın gözəl oyunu ilə əsl futbol izlədik. Amma təəssüf ki, indi futbolun özündən yox, hakimlikdən danışırıq".

Veteran futbolçu hələlik apellyasiya barədə qərar qəbul etmədiklərini söyləyib.

Qeyd edək ki, qarşılaşma "Qarabağ"ın 4:3 hesablı qələbəsi ilə yekunlaşıb. Baş hakim İnqilab Məmmədova Namik Hüseynov və Rahil Ramazanov laynsman qismində yardımçı olub.

Futbol
DÇ-2022-nin ən yaxşı futbolçuları açıqlanıb

DÇ-2022-nin ən yaxşı futbolçuları açıqlanıb

Futbol
FIFA prezidenti transfer bazarında dəyişiklikləri açıqlayıb

FIFA prezidenti transfer bazarında dəyişiklikləri açıqlayıb

Futbol
Aleksey Baqa: "Azərbaycana pul dalınca gəlməmişdim"

Aleksey Baqa: "Azərbaycana pul dalınca gəlməmişdim"

Futbol
İlin ən yaxşı futbol klubu bəlli olub

İlin ən yaxşı futbol klubu bəlli olub

Futbol
Cavid Hüseynov hakimə əl-qol atdığı üçün 6 oyunluq cəzalanıb

Cavid Hüseynov hakimə əl-qol atdığı üçün 6 oyunluq cəzalanıb

Futbol
Azərbaycan Premyer Liqası: VI tur Qərb derbisi ilə başlayır

Azərbaycan Premyer Liqası: VI tur Qərb derbisi ilə başlayır

Futbol
Təqdimat mərasiminə gətirilən aslan yunanıstanlı futbolçunu qorxudub

Təqdimat mərasiminə gətirilən aslan yunanıstanlı futbolçunu qorxudub

Futbol
DÇ-2022: İngiltərə ABŞ-la bərabərə qalıb

DÇ-2022: İngiltərə ABŞ-la bərabərə qalıb

Futbol
Türkiyə Kuboku: "Beşiktaş" əzmkar qələbə ilə mərhələ adlayıb

Türkiyə Kuboku: "Beşiktaş" əzmkar qələbə ilə mərhələ adlayıb

Futbol
Bu gün Azərbaycan Premyer Liqasında mövsümün ilk hissəsinə yekun vurulacaq

Bu gün Azərbaycan Premyer Liqasında mövsümün ilk hissəsinə yekun vurulacaq

Futbol
DÇ-2022: Mərakeş və Portuqaliya millilərinin start heyətləri bəlli olub

DÇ-2022: Mərakeş və Portuqaliya millilərinin start heyətləri bəlli olub

Futbol
KİV: “Mançester Yunayted” Ronaldo ilə müqaviləni pozub

KİV: “Mançester Yunayted” Ronaldo ilə müqaviləni pozub