Dünya çempionatı: 300 metr məsafəyə tüfəngdən atəşaçmada mükafatçılar müəyyənləşib

Bakıda keçirilən atıcılıq üzrə dünya çempionatında maraqlı növlərdən olan 300 metr məsafəyə tüfəngdən atəşaçma üzrə kişilər arasında mükafatçıların adına aydınlıq gəlib.

“Report” xəbər verir ki, fəxri kürsünün ən yüksək pilləsinə Macarıstan təmsilçisi İştvan Peni qalxıb.

O, “gümüş”ün sahibi, norveçli Andre Kim Land ilə eyni xal (587) toplasa da, əlavə göstəricilərə görə rəqibini qabaqlayıb. Bürünc medal isə adı çəkilənlərdən 1 xal az toplayan ABŞ atıcısı Timoti Şerrinin olub.

Komanda yarışında Avstriya qızıl medal qazanıb. İsveçrə gümüş, Norveç isə bürünc medala sahib çıxıb.

Qeyd edək ki, Bakıda keçirilən atıcılıq üzrə 53-cü dünya çempionatı 2018-ci ildən bəri dünyada bu yarış üzrə baş tutan ən kütləvi idman tədbiridir. Yarışda dünyanın 100-dən artıq ölkəsindən 2000-dək idmançı və nümayəndə iştirak edir.

Fərdi
Azərbaycan komandası bədii gimnastika üzrə dünya çempionatında tarixi uğura imza atıb

Premyer Liqada tarixi uğur: Azərbaycan karateçiləri altı medalla yarışı başa vurub

Azərbaycan taekvondoçuları mundialı bir medalla başa vurublar

Böyük Dəbilqə: Azərbaycanın daha 4 cüdoçusu tatamiyə çıxacaq

UFC çempionluq kəmərinin yeni sahibi məlum olub

Dünya çempionatı: Azərbaycan güləşçisi bürünc medal uğrunda mübarizə aparacaq

İlqar Rəhimov paracüdoçuların qarşısına qoyulan hədəfləri açıqlayıb

Azərbaycan Gimnastika Federasiyası yenidən qurulmasının 20 illiyini qeyd edir

Eduard Məmmədov ikiqat Avropa çempionu olub

Dünya çempionatı: Azərbaycan güləşçisi bürünc medal görüşünə qatılacaq

AVF prezidenti milli komandanın üzvü ilə görüşüb

"Aimchess Rapid": Şəhriyar Məmmədyarov pley-offa vəsiqə qazanıb