Agentlik direktoru: "AMADA tərəfindən 2022-ci ildə ümumilikdə 1456 test götürülüb"

Agentlik direktoru: "AMADA tərəfindən 2022-ci ildə ümumilikdə 1456 test götürülüb"

"AMADA tərəfindən 2022-ci ildə ümumilikdə 1456 test götürülüb".

"Report" xəbər verir ki, bunu Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli ilin yekunlarına həsr edilmiş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bunlardan 770-i yarış müddətində, 686-ı isə yarışdan kənarda baş tutub: "2022-ci ildə 7 antidopinq qayda pozuntusu üzrə sanksiya qərarı qəbul edilib. Boks idman növündə iki, ağırlıqqaldırmada 2, güləş, karate və kikboksinqin hərəsində bir sanksiya qərarı qəbul edilib".

Agentlik rəhbəri bildirib ki, AMADA-nın Təhqiqat şöbəsi 2022-ci ildə 382 məsələ haqqında araşdırma aparıb: “Bunlardan 28-i antidopinq qayda pozuntusu üzrə, 43-ü məkan məlumatı xətası üzrə təhqiqatdır. O cümlədən, bu təhqiqatların 272-si dopinq nəzarəti protokolu üzrə yoxlamalar, 16-sı ifşaetmə məlumatları, 23-ü hədəfli testlər əsasında olub".

Hüseynli il ərzində ümumilikdə 4500 nəfəri əhatə edən 47 maarifləndirmə seminarı, 10 vebinar, 12 kütləvi təşviqat tədbiri, 20 tədbir keçirildiyini xatırladıb: "Bölgələrdə də belə tədbirlər gerçəkləşib. Burada 1300-dən artıq idmançı, məşqçi, həkim və idman müəllimləri iştirak edib".

Fərdi
Azərbaycan karateçiləri dünya çempionatında 24 medal qazanıb

Azərbaycan karateçiləri dünya çempionatında 24 medal qazanıb

Fərdi
Antonio Espinos: "Premyer Liqanın Bakıda yaxşı təşkil olunacağına inanırıq"

Antonio Espinos: "Premyer Liqanın Bakıda yaxşı təşkil olunacağına inanırıq"

Fərdi
Rüstəm Orucov: "Dünya çempionatında medal qazanacağımıza inamımız böyükdür"

Rüstəm Orucov: "Dünya çempionatında medal qazanacağımıza inamımız böyükdür"

Fərdi
Bakıda keçirilən Dünya Kubokunun mükafatlandırma mərasimi olub

Bakıda keçirilən Dünya Kubokunun mükafatlandırma mərasimi olub

Fərdi
Oqtay Əsədov yenidən Azərbaycan Tennis Federasiyasının prezidenti seçilib

Oqtay Əsədov yenidən Azərbaycan Tennis Federasiyasının prezidenti seçilib

Fərdi
Floyd Meyvezer yaponiyalı MMA döyüşçüsünü nokautla məğlub edib

Floyd Meyvezer yaponiyalı MMA döyüşçüsünü nokautla məğlub edib

Fərdi
Dünya çempionatı: Azərbaycanın iki cüdoçusu bu gün mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycanın iki cüdoçusu bu gün mübarizəyə başlayır

Fərdi
Polşa millisinin baş məşqçisi: "Azərbaycan cüdo ölkəsidir"

Polşa millisinin baş məşqçisi: "Azərbaycan cüdo ölkəsidir"

Fərdi
Sərbəst güləş üzrə Azərbaycan millisinin dünya çempionatı üçün heyəti açıqlanıb

Sərbəst güləş üzrə Azərbaycan millisinin dünya çempionatı üçün heyəti açıqlanıb

Fərdi
Rauf Məmmədov: "Karlsenlə Şuşada eyni yarışda iştirak etmək maraqlı olardı"

Rauf Məmmədov: "Karlsenlə Şuşada eyni yarışda iştirak etmək maraqlı olardı"

Fərdi
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının illik hesabat konfransı keçirilib

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının illik hesabat konfransı keçirilib

Fərdi
Milli Paralimpiya Komitəsində baş məşqçilərlə iclas keçirilib

Milli Paralimpiya Komitəsində baş məşqçilərlə iclas keçirilib