Fərid Qayıbov Avropa Şurasının idmana cavabdeh nazirlərinin 17-ci konfransında iştirak edib

Fərid Qayıbov Avropa Şurasının idmana cavabdeh nazirlərinin 17-ci konfransında iştirak edib

Gənclər və idman naziri Fərid Qayıbov oktyabrın 25-26-da Türkiyənin Antalya şəhərində Avropa Şurasının idmana cavabdeh nazirlərinin 17-ci konfransında iştirak edib.

Nazirlikdən “Report”a verilən məlumata görə, tədbirin ilk günü Fərid Qayıbov Avropa Şurasının İdman üzrə Genişləndirilmiş Hissəvi Sazişinə (EPAS) üzv dövlətlərin idman nazirlərinin toplantısına qatılıb.

Oktyabrın 26-da bir çox Avropa ölkələri idman nazirlərinin, rəsmilərin iştirakı ilə konfransın rəsmi açılışı keçirilib.

Nazir Fərid Qayıbov konfransda çıxış edərək “Gender bərabərliyi: qadınların bərabər iştirakı və iştirakçılığın təmin edilməsi”; “İdman inlüzivlik vasitəsi kimi: onun aztəminatlı qruplar üçün rolu”; “Uşaqlar üçün idman: təlim, profilaktika və inkişafı” mövzuları üzrə təkliflər səsləndirib.

Tədbirdə naziri Gənclər və İdman Nazirliyi beynəlxalq əlaqələr şöbəsinin müdiri, EPAS İdarə Heyətinin üzvü Namiq Novruzov müşaiyət edib.

Konfrans çərçivəsində oktyabrın 27-də “Miqrant və qaçqınların idman vasitəsilə inteqrasiyası” mövzusunda dəyirmi masalar keçiriləcək. Milli Məclisin deputatı Nigar Arpadarai AŞPA-nın Miqrasiya, Qaçqınlar və Məcburi Köçkünlər Komitəsinin mövzu üzrə məruzəçisi qismində çıxış edəcək.

Fərdi
Azərbaycanlı idmançı Beynəlxalq Ağırlıqqaldırma Federasiyasını məhkəməyə verib

Azərbaycanlı idmançı Beynəlxalq Ağırlıqqaldırma Federasiyasını məhkəməyə verib

Fərdi
Dünya çempionatı: Azərbaycanın daha üç güləşçisi mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycanın daha üç güləşçisi mübarizəyə başlayır

Fərdi
Mahir Məmmədov:  "Shusha Chess 2022" turnirinin səviyyəsi çox yüksəkdir"

Mahir Məmmədov: "Shusha Chess 2022" turnirinin səviyyəsi çox yüksəkdir"

Fərdi
Bakıdakı "Formula 1" yarışının endirimli biletləri satışa çıxarılıb

Bakıdakı "Formula 1" yarışının endirimli biletləri satışa çıxarılıb

Fərdi
Azərbaycanın 4 boksçusu Avropa çempionatında finala yüksəlib

Azərbaycanın 4 boksçusu Avropa çempionatında finala yüksəlib

Fərdi
Günay Məmmədzadə: "Erməni şahmatçı üzərində qələbəm medal qazanmağımda rol oynadı"

Günay Məmmədzadə: "Erməni şahmatçı üzərində qələbəm medal qazanmağımda rol oynadı"

Fərdi
Məşhur tennisçi karyerasını başa vurur

Məşhur tennisçi karyerasını başa vurur

Fərdi
Fərid Qayıbov yenidən Avropa Gimnastikasının prezidenti seçilib

Fərid Qayıbov yenidən Avropa Gimnastikasının prezidenti seçilib

Fərdi
Zəngilanda “Zəfər yürüşü” triatlon turnirinin açılış mərasimi keçirilib

Zəngilanda “Zəfər yürüşü” triatlon turnirinin açılış mərasimi keçirilib

Fərdi
Azərbaycanın iki sərbəst güləşçisi dünya çempionatında bürünc medal qazanıb

Azərbaycanın iki sərbəst güləşçisi dünya çempionatında bürünc medal qazanıb

Fərdi
"Vüqar Həşimov Memorialı-2022": Şəhriyar Məmmədyarov günü qələbəsiz başa vurub

"Vüqar Həşimov Memorialı-2022": Şəhriyar Məmmədyarov günü qələbəsiz başa vurub

Fərdi
Azərbaycan şahmatçıları dünya çempionatında mübarizəyə başlayıb

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizəyə başlayıb