Avropa Liqası: “Qarabağ” püşkatmada hansı səbətdə yer alacaq? - ARAŞDIRMA

Avropa Liqası: “Qarabağ” püşkatmada hansı səbətdə yer alacaq? - ARAŞDIRMA

Azərbaycanın avrokuboklardakı yeganə təmsilçisi “Qarabağ”ın hansı turnirin qrup mərhələsində yoluna davam edəcəyinə avqustun 31-də aydınlıq gələcək.

UEFA Avropa Liqasının (AL) pley-off mərhələsi çərçivəsində Sloveniya klubu “Olimpiya”nı səfərdəki ilk görüşdə 2:0 hesabı ilə məğlub edən Ağdam təmsilçisi böyük ehtimalla məhz bu turnirdə mübarizəni davam etdirəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq qarşılaşmada sensasiya baş verməsə, “Qarabağ” sentyabrın 1-də təşkil olunacaq AL-in püşkatma mərasimində rəqibləri ilə tanış olacaq.

“QELEBE.AZ”un araşdırmasına görə, Azərbaycan çempionu püşk zamanı ikinci və ya üçüncü səbətdə qərar tutacaq. İndiki məqamda “Qarabağ” üçüncü səbətin ən yüksək reytinqli komandasıdır. Ancaq bütün iştirakçılar hələ dəqiqləşmədiyindən, “köhlən atlar”ın ikinci səbətə yüksəlmək ehtimalı da mövcuddur.

Avropa Liqasında səbəti qeyri-müəyyən olanlardan Fransa klubu “Marsel”in püşkatma zamanı “Qarabağ”dan yuxarıda olacağı dəqiqdir. Bu isə o deməkdir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivin üçüncü səbətə düşməsi üçün Çempionlar Liqası (ÇL) və Avropa Liqasının pley-offlarında ümumilikdə bir sensasiya baş verməlidir.

Çempionlar Liqasının pley-offunda PSV (Niderland) – “Reyncers” (Şotlandiya) və AEK (Yunanıstan) – “Antverpen” (Belçika) oyunlarının “Qarabağ”ın mövqeyinə heç bir təsiri olmayacaq. Çünki ilk cütdəki komandaların reytinqi Azərbaycan çempionundan yuxarı, ikinci duelin iştirakçılarında isə aşağıdır. Ancaq “Kopenhagen” (Danimarka) – “Rakuv” (Polşa) matçının nəticəsi böyük önəm kəsb edir. Ağdamlılar onları turnirdən kənarlaşdıran Polşa çempionunun Avropa Liqasına yuvarlanmasını arzulamalıdırlar. Çünki belə olan halda “Qarabağ”ın ikinci səbətə düşmək şansı bir qədər artacaq. Həmin cütdə “Kopenhagen”in uğuru təmsilçimizi Avropa Liqasında bir, “Rakuv”un qələbəsi isə iki sensasiya gözləməyə məcbur edəcək.

AL-də “Ayaks” (Niderland) – “Ludoqorets” (Bolqarıstan) cütündə ikincilərin, “Zarya” (Ukrayna) – “Slaviya” (Çexiya), “Çukariçki” (Serbiya) – “Olimpiakos” (Yunanıstan), “Zrinski” (Bosniya və Herseqovina) – LASK (Avstriya) duellərində birincilərin mərhələ adlaması “Qarabağ”ın işinə yarayacaq.

“Rakuv” “Kopenhagen”ə qarşı öz meydanındakı ilk matçda 0:1 hesabı ilə uduzub. Yəni bu cütdə polşalıların növbəti mərhələ şansı minimuma bərabərdir. Bu da o deməkdir ki, AL-də yuxarıda sadalanan 4 qarşılaşmadan heç olmasa birində gözlənilməz nəticə qeydə alınmalıdır. Onlardan ən real görünəni “Zrinski”nin mümkün qalibiyyətidir. Çünki bosniyalılar səfərdə baş tutan ilk görüşdə minimal fərqlə məğlub olublar. “Ayaks”ın oyununda sensasiya artıq möcüzə kimi görünür. Niderland təmsilçisi rəqib meydanında 4:1 hesablı qələbə qazanıb. “Zarya” və “Çukariçki” səfərdəki iki top fərqli məğlubiyyətin əvəzini çıxmalıdırlar.

Qeyd edək ki, Çempionlar Liqasında pley-off mərhələsinin son oyunları bu gün, Avropa Liqasında isə cavab qarşılaşmaları avqustun 31-də keçiriləcək.

Futbol
Ronaldu: “Mançester Yunayted” mənə xəyanət etdi”

Ronaldu: “Mançester Yunayted” mənə xəyanət etdi”

Futbol
Qurban Qurbanov: "Rəqib futbolçu penalti olduğunu söylədi"

Qurban Qurbanov: "Rəqib futbolçu penalti olduğunu söylədi"

Futbol
DÇ-2022: Qana ilk qələbəsini qazanıb

DÇ-2022: Qana ilk qələbəsini qazanıb

Futbol
"Qalatasaray" Azərbaycanı təbrik edib - FOTO

"Qalatasaray" Azərbaycanı təbrik edib - FOTO

Futbol
FIFA referisi: "Yan xətt hakimi səhv edib, çox şərh verməyə gərək yoxdur"

FIFA referisi: "Yan xətt hakimi səhv edib, çox şərh verməyə gərək yoxdur"

Futbol
Yunanıstanlı futbolçu: "Rəşad Sadıqov Azərbaycan futbolunun əfsanəsidir"

Yunanıstanlı futbolçu: "Rəşad Sadıqov Azərbaycan futbolunun əfsanəsidir"

Futbol
"Qarabağ" - "Olimpiakos" oyununun biletləri satışa çıxarılıb

"Qarabağ" - "Olimpiakos" oyununun biletləri satışa çıxarılıb

Futbol
“Liverpul”un hücumçusu Ronaldu ilə komanda yoldaşı olur

“Liverpul”un hücumçusu Ronaldu ilə komanda yoldaşı olur

Futbol
"Qarabağ" "Neftçi"nin rekordunu yeniləyib, "Kəpəz" antirekorda imza atıb

"Qarabağ" "Neftçi"nin rekordunu yeniləyib, "Kəpəz" antirekorda imza atıb

Futbol
Konfrans Liqasında dörd polis yaralanıb

Konfrans Liqasında dörd polis yaralanıb

Futbol
"Neftçi"nin Müşahidə Şurasının növbəti iclası keçirilib

"Neftçi"nin Müşahidə Şurasının növbəti iclası keçirilib

Futbol
"Neftçi"nin legioneri: "Müasir futbol təkcə ayaqla oynanılmır"

"Neftçi"nin legioneri: "Müasir futbol təkcə ayaqla oynanılmır"