“Sabah” autsayderlə üz-üzə - YENİLƏNİR
Misli Premyer Liqasının XIII turunda bu gün daha bir qarşılaşma keçiriləcək.
Apasport.az xəbər verir ki, son ölkə çempionu “Sabah” doğma meydanda “Araz-Naxçıvan”ı qəbul edəcək.
Mərdəkandakı “Sabah Arena”da keçiriləcək görüşü Vüqar Həsənli idarə edəcək.
Rəqibindən bir oyun az keçirən paytaxt təmsilçisi 24 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Naxçıvan klubu isə 4 xalla sonuncu – 12-ci sıradadır.
Misli Premyer Liqası
XIII tur
28 noyabr
19:00. “Sabah” – “Araz-Naxçıvan”
Hakimlər: Vüqar Həsənli, Vüsal Məmmədov, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov
VAR: Əli Əliyev
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Erkin Hüseynov
“Sabah Arena”

https://mail.qalaba.az//uploads/photo/sabah-autsayderle-uz-uze-yenilenir.webp