"Kürü keçək?!" yarışının ən yaşlı iştirakçısı: "Bəzi gənclərə meydan oxuya bildim"

"Kürü keçək?!" yarışının ən yaşlı iştirakçısı: "Bəzi gənclərə meydan oxuya bildim"

"Gənclərlə mübarizə aparmaq gözəl idi, özümü gənc hiss edirəm. Bəzi gənclərə meydan oxuya bildim".

Bunu "Report"un Mingəçevirə ezam olunmuş əməkdaşına açıqlamasında "Kürü keçək?!" açıq suda üzmə yarışının ən yaşlı iştirakçısı Vaqif Nəsibov deyib.

72 yaşlı üzgüçü ötən il təşkil edilən ilk yarışa da qatıldığını söyləyib: "Artıq ikinci ildir ki, iştirak edirəm. Bu il hazırlıqlı gəlmişdim. Ötən il təsadüfən eşitdim, sonra yarışa qatıldım. Amma zəif təsir bağışladığımı hiss etdim. Sağ olsunlar, gənclər və idman naziri Fərid Qayıbov, onun müavini Mariana Vasileva, Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Xanlar Fətiyev, Su İdman Sarayının müdriyyəti mənə məşq keçmək üçün şərait yaratdılar. Bir il idi hazırlaşırdım. Ona görə də bu dəfə tam hazır idim. Fərqi də hiss etdim. Çünki məsafəni daha asan qət etdim. Üstəlik, iştirakçıların sayı iki dəfə çoxalmışdı və yaş kateqoriyası genişlənmişdi. İstənilən halda yaş da öz sözünü deyir. Əsas qələbə yox, iştirakıdır".

Vaqif Nəsibov 25 il Azərbaycan millisinə rəhbərlik etdiyini xatırladıb: "Uşaqlıqdan üzgüçülüklə məşğul olmuşam. Əməkdar məşqçiyəm. Uzun illər məşqçi işləmişəm. Təkcə 25 il millinin baş məşqçisi olmuşam. Həyatım üzgüçülüyə həsr olunub. Bu yarışda da tələbələrim var idi".

Fərdi
Azərbaycan ağırlıqqaldıranları xatirə turnirini 6 medalla başa vurublar

Azərbaycan ağırlıqqaldıranları xatirə turnirini 6 medalla başa vurublar

Fərdi
Azərbaycanın cüdo yığmasının dünya çempionatı üçün heyəti açıqlanıb

Azərbaycanın cüdo yığmasının dünya çempionatı üçün heyəti açıqlanıb

Fərdi
Beyləqanda qətlə yetirilən şəxs tanınmış güləşçinin ilk məşqçisi olub

Beyləqanda qətlə yetirilən şəxs tanınmış güləşçinin ilk məşqçisi olub

Fərdi
"Aimchess Rapid": Şəhriyar Məmmədyarov final görüşünə çıxacaq

"Aimchess Rapid": Şəhriyar Məmmədyarov final görüşünə çıxacaq

Fərdi
Kikboksinq üzrə Respublika Kubokunun qalibləri bəlli olub

Kikboksinq üzrə Respublika Kubokunun qalibləri bəlli olub

Fərdi
Sadio Mane dünya çempionatında oynamayacaq

Sadio Mane dünya çempionatında oynamayacaq

Fərdi
BŞH: "Azərbaycan Qran-prisində sprint yarışının keçirilməsi hələlik təsdiqlənməyib"

BŞH: "Azərbaycan Qran-prisində sprint yarışının keçirilməsi hələlik təsdiqlənməyib"

Fərdi
Taekvondo üzrə Azərbaycan millisinə yeni baş məşqçi təyin olunub

Taekvondo üzrə Azərbaycan millisinə yeni baş məşqçi təyin olunub

Fərdi
Zabit Səmədovun vida gecəsində bütün döyüşlərin iştirakçıları bəlli olub

Zabit Səmədovun vida gecəsində bütün döyüşlərin iştirakçıları bəlli olub

Fərdi
Premyer Liqada tarixi uğur: Azərbaycan karateçiləri altı medalla yarışı başa vurub

Premyer Liqada tarixi uğur: Azərbaycan karateçiləri altı medalla yarışı başa vurub

Fərdi
Azərbaycan boksçusu dünya çempionatında növbəti qələbəsini qazanıb

Azərbaycan boksçusu dünya çempionatında növbəti qələbəsini qazanıb

Fərdi
Zəngilanda “Zəfər yürüşü” triatlon turnirinin açılış mərasimi keçirilib

Zəngilanda “Zəfər yürüşü” triatlon turnirinin açılış mərasimi keçirilib