Milli Paralimpiya Komitəsində baş məşqçilərlə iclas keçirilib

Milli Paralimpiya Komitəsində baş məşqçilərlə iclas keçirilib

Milli Paralimpiya Komitəsində (MPK) yay paralimpiya idman növləri üzrə baş məşqçilərlə iclas keçirilib.

MPK-dan "QELEBE.AZ"a verilən məlumata görə, yığıncaqda qurumun prezidenti İlqar Rəhimov, icraçı direktor Eldar Babayev, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Sevda Mirzəyeva və paracüdo üzrə dünya çempionatının Təşkilat Komitəsinin sədri Kamal Məmmədov iştirak ediblər.

İ.Rəhimov milli komandaların hazırki fiziki və psixoloji, maddi-texniki bazasının durumu ilə maraqlanıb. Komitə prezidenti Paris-2024 Yay Paralimpiya Oyunlarına iki ildən az müddət qaldığını qeyd edərək bildirib ki, milli komandalar qarşıdan gələn yarışlara çox ciddi şəkildə hazırlaşaraq yarışda iştirak üçün vacib olan reytinq xallarını qazanmalıdırlar. İ.Rəhimov Tokio-2020 Yay Paralimpiya Oyunlarında əldə edilmiş nailiyyətləri xatırladaraq qeyd edib ki, məqsəd qarşıdan gələn paralimpiadada əvvəlki nəticələri ən azı təkrarlamaqdır. O, Parisdə milli komandanın daha çox idman növü və idmançı ilə təmsil olunmağının da vacib olduğunu vurğulayıb

Komitə prezidenti Qarabağ qazilərinin idmana cəlb edilməsi ilə bağlı aparılan işlərdən də söz açıb. Onun sözlərinə görə, Vətən müharibəsi qaziləri artıq milli komandaların sıralarına cəlb edilir, beynəlxalq yarışlarda ölkəni layiqincə təmsil edirlər. Yığmanın tərkibində iştirak edən qazi-paralimpiyaçıların Paris-2024 Yay Paralimpiya Oyunlarına lisenziya əldə edəcəklərinə də böyük ehtimalın olduğu bildirilib.

İ.Rəhimov eyni zamanda ölkədə uşaq paralimpiya hərəkatının inkişafını yüksək qiymətləndirib. Paralimpiya çempionu Vəli İsrafilov, Paralimpiya Oyunları iştirakçısı, para-üzgüçü Dana Şandıbina, paracüdoçu, Avropa çempionatının bürünc mükafatçısı İsmayıl Muradovu misal gətirən komitə prezidenti gələcəkdə də sağlamlıq imkanları məhdud uşaqların mötəbər yarışlarda ölkəni layiqincə təmsil edəcəklərindən əmin olduğunu vurğulayıb. Eyni zamanda, o, növbəti il dünyada ilk dəfə yaradılan uşaq paralimpiya hərəkatının 10 illik yubileyi ilə bağlı Azərbaycanda silsilə tədbirlərin keçirilməsinin də nəzərdə tutulduğunu deyib.

İ.Rəhimov cari ilin noyabrında Azərbaycanda ilk dəfə keçiriləcək paracüdo üzrə dünya çempionatına hazırılıqların davam etdiyini, yarışın yüskək səviyədə keçəcəyinə və doğma divarlar arasında idmançıların yüksək əzmkarlıq göstərəcəyinə əmin olduğunu vurğulayaraq, baş məşqçilərə müvafiq tapşırıqlar verib.

Komitə prezidenti daha sonra hər bir idman növü üzrə 2023-cü il üçün fəaliyyət planının tərtib olunub idman şöbəsinə təqdim edilməsini tapşırıb. Eyni zamanda, komandalarda nizam-intizama xüsusi diqqətin yetirilməsinin vacibliyini vurğulayıb.

Daha sonra Paris paralimpiadasına hazırlıqla əlaqədar qarşıda duran vəzifələr geniş müzakirə edilib. Baş məşqçilərə yeni idmançıların, o cümlədən Qarabağ qazilərinin cəlb edilməsi, regionlarda fəaliyyətin gücləndirilməsinə dair işlərin keçirilməsinin vacib olduğu bildirilib.

Yay idman növləri üzrə baş məşqçilər öz növbələrində qarşıdan gələn yarışlara hazırlıq, komandaların fiziki və psixoloji durumu ilə bağlı məlumatları komitə rəhbərliyinin diqqətinə çatdırıblar.

Fərdi
Azərbaycanın idman gimnastı Rusiyada qızıl medal qazanıb

Azərbaycanın idman gimnastı Rusiyada qızıl medal qazanıb

Fərdi
Rafiq Hüseynov: "İkinci dəfə dünya çempionu ola bilərəm"

Rafiq Hüseynov: "İkinci dəfə dünya çempionu ola bilərəm"

Fərdi
"Vüqar Həşimov Memorialı-2022" beynəlxalq turnirinin daha iki iştirakçısı açıqlanıb

"Vüqar Həşimov Memorialı-2022" beynəlxalq turnirinin daha iki iştirakçısı açıqlanıb

Fərdi
Avropa çempionatında iştirak edəcək Azərbaycan cüdoçularının adları açıqlanıb

Avropa çempionatında iştirak edəcək Azərbaycan cüdoçularının adları açıqlanıb

Fərdi
İƏT ölkələri Azərbaycana təşəkkür edib

İƏT ölkələri Azərbaycana təşəkkür edib

Fərdi
"Shusha Chess 2022" turnirinin rəsmi saytı təqdim olunub

"Shusha Chess 2022" turnirinin rəsmi saytı təqdim olunub

Fərdi
Azərbaycan boksçusu beynəlxalq turnirə qələbə ilə başlayıb

Azərbaycan boksçusu beynəlxalq turnirə qələbə ilə başlayıb

Fərdi
Mahir Məmmədov Avropa çempionatında medal qazanan şahmatçılarla görüşüb

Mahir Məmmədov Avropa çempionatında medal qazanan şahmatçılarla görüşüb

Fərdi
Radik İsayev və 2 taekvondoçu yığmaya çağırılmır: "Havada qalmışıq"

Radik İsayev və 2 taekvondoçu yığmaya çağırılmır: "Havada qalmışıq"

Fərdi
Sayns “Formula 1” üzrə ABŞ Qran-prisinin təsnifat mərhələsinin qalibi olub

Sayns “Formula 1” üzrə ABŞ Qran-prisinin təsnifat mərhələsinin qalibi olub

Fərdi
"Formula 1": Azərbaycan Qran-prisinə bilet satışının ilkin nəticələri açıqlanıb

"Formula 1": Azərbaycan Qran-prisinə bilet satışının ilkin nəticələri açıqlanıb

Fərdi
Rusiyanın daha bir tanınmış idmançısı ölkəni tərk edib

Rusiyanın daha bir tanınmış idmançısı ölkəni tərk edib