"Sabah"ın baş məşqçisi: "Azərbaycan adı üçün mübarizə aparacağıq"

"Sabah"ın baş məşqçisi: "Azərbaycan adı üçün mübarizə aparacağıq"

"Söz verirəm ki, Azərbaycan adı üçün mübarizə aparacağıq və yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik".

"Report" xəbər verir ki, bunu "Sabah" basketbol komandasının baş məşqçisi Boban Mitev jurnalistlərə açıqlamasında FİBA Avropa Kubokundakı şansları barədə danışarkən deyib.

Şimali Makedoniyadan olan 51 yaşlı mütəxəssis yer aldıqları A qrupundakı komandalar haqqında danışıb: “Rabotniçki” mənim ölkəmin təmsilçisidir. Komandanı yaxşı tanıyıram. Niderlandın “Donar” klubunun maliyyə problemləri var. Düşünürəm ki, onlar bu məsələni həll edib avrokuboklarda iştirak üçün pul tapacaqlar. Onu da nəzərə almalıyıq ki, “Rabotniçki”nin 1,5, "Rapid"in isə 3 milyonluq büdcəsi var və bizimlə müqayisədə çoxdur".

Boban Mitev transfer çalışmalarının yekunlaşdığını söyləyib: "Biz "Barselona" deyilik ki, hər ay yeni basketbolçu alaq. Müəyyən büdcəmiz var. 14 oyunçu ilə avrokubokun təsnifat mərhələsində çıxış edəcəyik. Məqsədim ilk növbədə burada bir irs qoymaq və azərbaycanlı basketbolçuları yetişdirməkdir. Əsas gücü yerlilərə vermək niyyətindəyik".

Baş məşqçi Azərbaycanda çox isti qarşılandığını vurğulayıb: "Sabah" klubunu təmsil etməkdən və burada olduğum üçün qurur duyuram. Hazırlıqlara bir qədər gec başlasaq da, hər şeyin yaxşı olacağına inanıram. Azərbaycanda kifayət qədər potensialı olan gənc basketbolçular var. "Sabah" rəhbərliyi bizə hər cür şərait yaradıb. Belqradda keçirəcəyimiz yoldaşlıq oyunlarında öz səhvlərimizi görəcəyik və basketbolçularımızın real gücünü biləcəyik. Yeni transfer Smit Donovanın uyğunlaşma prosesi bir az gecikir. Amma onun üçün ən yaxşısını etməyə çalışacağıq. Azərbaycanı yaxşı təmsil etmək üçün əlimizdən gələni edəcəyik. Qismət olsa, müntəzəm çempionata vəsiqə qazanacağıq".

Qeyd edək ki, "Sabah" sentyabrın 8-17-si aralığında Serbiyada 6 yoldaşlıq matçı keçirəcək. Paytaxt təmsilçisinin FİBA Avropa Kubokundakı qarşılaşmaları oktyabrın əvvəlində gerçəkləşəcək.

Komanda
Azərbaycanın voleybol yığması bu gün final mərhələsinə vəsiqə qazana bilər

Azərbaycanın voleybol yığması bu gün final mərhələsinə vəsiqə qazana bilər

Komanda
Voleybol üzrə Azərbaycan çempionatlarında yeni mövsüm noyabrda başlaya bilər

Voleybol üzrə Azərbaycan çempionatlarında yeni mövsüm noyabrda başlaya bilər

Komanda
Azərbaycan çempionatının reqlamenti dəyişdirilib

Azərbaycan çempionatının reqlamenti dəyişdirilib

Komanda
Dünya komandası tarixdə ilk dəfə Leyver Kubokunu qazanıb

Dünya komandası tarixdə ilk dəfə Leyver Kubokunu qazanıb

Komanda
Azərbaycan Basketbol Liqası: "Gəncə BK" vahid lider olub

Azərbaycan Basketbol Liqası: "Gəncə BK" vahid lider olub

Komanda
CEV “Xarı bülbül Şuşa” klubu haqqında yazı dərc edib

CEV “Xarı bülbül Şuşa” klubu haqqında yazı dərc edib

Komanda
İtaliya voleybol yığması dördqat dünya çempionu olub

İtaliya voleybol yığması dördqat dünya çempionu olub

Komanda
Şuşa komandası voleybol çempionatına qələbə ilə start verib

Şuşa komandası voleybol çempionatına qələbə ilə start verib

Komanda
Azərbaycanın polo yığması ABŞ-la heç-heçə edib

Azərbaycanın polo yığması ABŞ-la heç-heçə edib

Komanda
Baş katib: “15-18 komandanın iştirakı ilə maraqlı voleybol çempionatının şahidi olacağıq”

Baş katib: “15-18 komandanın iştirakı ilə maraqlı voleybol çempionatının şahidi olacağıq”

Komanda
Voleybol üzrə Azərbaycan çempionatının oyunu kütləvi xəstəliyə görə təxirə salınıb

Voleybol üzrə Azərbaycan çempionatının oyunu kütləvi xəstəliyə görə təxirə salınıb

Komanda
"Azərreyl" Çağırış Kubokunda növbəti oyununu keçirəcək

"Azərreyl" Çağırış Kubokunda növbəti oyununu keçirəcək