Ceyhun Sultanov: “Şahruddin "Qarabağ"da çox təzyiqə məruz qaldı”

Ceyhun Sultanov: “Şahruddin "Qarabağ"da çox təzyiqə məruz qaldı”

"Şahruddin "Qarabağ"da son illərdə çox təzyiqə məruz qaldı. Məncə, o, "Adana Dəmirspor"a keçməklə düzgün addım atdı”.

Bunu apasport.az saytına "Neftçi" sabiq idman direktoru, hazırda futbol meneceri olan Ceyhun Sultanov deyib.

O, yığmamızın qapıçısı Şahruddin Məhəmmədəliyevin "Qarabağ"dan "Adana Demirspor"a keçidini şərh edib. O, artıq Türkiyə klubunda da ilk məşqçinə çıxan qolkiperin gedişini müsbət qiymətləndirib: “Neçə illərdir ki, "Qarabağ"daydı. Bu illər ərzində yaxşı da, pis də oyunları olub. Millidə də belədir. Amma futbolçuya bu qədər təzyiq etmək düzgün deyil. Elə oyunlar oldu ki, "Qarabağ"ı ağır matçlardan çıxardı. Millidə də çox yaxşı oyunları oldu. Bəlkə də bir komandada uzun illər olmaq ona sıxıcı gəldi. Türkiyəyə getməyi, xaricə yollanmağı yaxşı oldu. Amma orada bərkimək söhbəti var. Adana klubunda əsas heyətdə yer alacaqsa, əla addımdır. Yox, dayanmayacaqsa, bir az müzakirə olunacaq ki, niyə dayanmır? Belədə, milli komandadakı yerini də itirə bilər. Ona uğurlar arzulayıram. Türkiyə Superliqasının digər təmsilçisi "Hatayspor"a keçən Renat Dasaşova da uğurlar arzu edirəm. Superliqa klublarına gedən futbolçuların inkişaf etməsi daha yaxşıdır, nəinki birinci divizion klublarına getmək...”

Qeyd edək ki, Ş. Məhəmmədəliyev "Adana Demirspor"la 2 illik müqavilə imzalayıb.

Futbol
Millətlər Liqasında "Dördlər finalı"nın keçiriləcəyi ölkə açıqlanıb

Millətlər Liqasında "Dördlər finalı"nın keçiriləcəyi ölkə açıqlanıb

Futbol
Azərbaycan çempionatlarında “transfer pəncərəsi” yanvarın 3-də açılacaq

Azərbaycan çempionatlarında “transfer pəncərəsi” yanvarın 3-də açılacaq

Futbol
"Neftçi" böyük hesablı qələbə qazanaraq liderlərlə xalları eyniləşdirib

"Neftçi" böyük hesablı qələbə qazanaraq liderlərlə xalları eyniləşdirib

Futbol
Qara Qarayev: "2023-cü ildə də uğurlar qazanacağıq"

Qara Qarayev: "2023-cü ildə də uğurlar qazanacağıq"

Futbol
Avropa Liqası: "Nant" - "Qarabağ" oyununda hesab açılıb

Avropa Liqası: "Nant" - "Qarabağ" oyununda hesab açılıb

Futbol
FIFA prezidenti transfer bazarında dəyişiklikləri açıqlayıb

FIFA prezidenti transfer bazarında dəyişiklikləri açıqlayıb

Futbol
"Neftçi"nin sabiq baş məşqçisi yenidən "Şerif"in sükanı arxasına keçib

"Neftçi"nin sabiq baş məşqçisi yenidən "Şerif"in sükanı arxasına keçib

Futbol
“Qarabağ” Avropada 2 pillə irəliləyib

“Qarabağ” Avropada 2 pillə irəliləyib

Futbol
“Neftçi”nin futbolçusu “Zirə” ilə matçda iştirak etməyəcək

“Neftçi”nin futbolçusu “Zirə” ilə matçda iştirak etməyəcək

Futbol
XXI əsrin üçüncü onilliyinin bombardirləri açıqlanıb

XXI əsrin üçüncü onilliyinin bombardirləri açıqlanıb

Futbol
İngiltərə klubu "Real Madrid"in müdafiəçisini transfer etmək istəyir

İngiltərə klubu "Real Madrid"in müdafiəçisini transfer etmək istəyir

Futbol
"Qarabağ" "Turan Tovuz"a qalib gəlib

"Qarabağ" "Turan Tovuz"a qalib gəlib