Hans Flik: “Burada inkişaf olduğunu düşünürəm”
UEFA Çempionlar Liqasının V turunda "Sabah" - "Barselona"nı qəbul edib - 1:4.
QELEBE.AZ xəbər verir ki, matçdan sonra qonaqların baş məşqçisi Hans Flikin mətbuat konfransı keçirilib.
- Oyunçuların performansından razı qaldınız?
- Yaxşı oynadılar. Birinci hissədən sonra dəyişikliklər etdim. Bəzi oyunçuları fasilədən sonra çıxardıq. 45 dəqiqə oynayanlar o demək deyil ki, pis idi. Sadəcə istədik ki, digər oyunçulara da şans verək. Nəzarət bizdə idi. Məmnunuq.
- Aleks Baldenin durumu necədir? "Sabah"a qarşı oyunundan razı qaldınız?
- Nə baş verdiyini tam bilmirik. Ümid edirik ki, yaxşı olacaq. Oyunu da yaxşı keçirdi. Bu oyunda bir az az vaxt keçirdi. Amma ümumi olaraq yaxşı hesab etmək olar.
- Qabriel Xesusun "Sabah"a qarşı performansını necə dəyərləndirirsiz? Ona daha çox şans vermək istəyərdiniz?
- Bu, asan deyil. Rafinya da var. O da daha çox oynamaq istəyir. Qabriel elə oyunçudur ki, məşqlərdə özünü yaxşı göstərir, oyuna fokuslanır. Həmişə oyunlara pozitiv yanaşır, Bakıya gələndə onunla danışdım. Bilmirəm bu, ona necə təsir göstərdi.
- Daha az oynayanlar "Sabah"a qarşı çətinlik çəkdilər?
- Əlbəttə, asan deyil onlar üçün. Oyun çətin keçdi. Onların meydanda az olması onlara mənfi tərəfdən təsir göstərmədi. Onların oyunundan razı qaldım. İkinci hissədə oyuna daha çox nəzarət etdik, daha çox qol vurduq, intensivlik daha yüksək idi. Üç xaldan məmnunam, səfərdə qalib gəldik. Kiməsə normal gələ bilər, amma qələbə heç vaxt asan deyil.
- Öz təcrübənizi bölüşə bilərsiz? ÇL-də ən uzun səyahətiniz oldu. Bu proses necə keçdi?
- Açığı, çox şeyin şahidi olmadıq. Mükəmməl oteldə qaldıq. İnsanlar çox qonaqpərvər və mehribandırlar. Çox gəzmək imkanımız olmadı. Buradakı atmosferdən razıyam. Azərbaycana ilk səfərim deyil, milli ilə gəlmişəm, bura 4-cü səfərimdir. Səhv etmirəmsə, 17 yaşlıların turniri üçün gəlmişəm bura. İnkişaf var, inqilabi dəyişikliklər hiss etdim, Bakı şəhəri gözəlləşir. "Sabah" özü də ÇL-də oynayır, bu turnir dünyadakı ən yaxşı turnirdir. "Sabah"ın baş məşqçisinin fəlsəfəsi aydındır, qəhrəmancasına, gözəl anlar yaşadılar. Bizə çətinlik yaşatdılar. Üç xal üçün razıyam. "Sabah"a uğurlar arzulayıram. Çox vacibdir ki, həmişə inkişaf olsun. Burada inkişaf olduğunu fikirləşirəm.

https://mail.qalaba.az//uploads/photo/hans-flik-burada-inkishaf-oldugunu-dushunurem.webp