“Beşiktaş” “Hapoel”lə oyuna iki itki ilə çıxacaq

“Beşiktaş” “Hapoel”lə oyuna iki itki ilə çıxacaq

“Beşiktaş” UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunda "Hapoel" (Beer-Şeva) ilə qarşılaşmada iki futbolçusunun xidmətindən yararlana bilməyəcək.

Apasport.az xəbər verir ki, İstanbul təmsilçisinin heyətində zədəli Emmanuel Aqbadu və cəzalı olan Ümit Akdağ yer almayacaq.

Qeyd edək ki, “Beşiktaş” – "Hapoel" (Beer-Şeva) matçı sabah Gürcüstanın Batumi şəhərində keçiriləcək. Batumi stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. Qarşılaşmanı danimarkalı referi Morten Kroq idarə edəcək.