“Beşiktaş” “Hapoel”lə oyuna bir itki ilə çıxacaq
“Beşiktaş” UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunda "Hapoel" (Beer-Şeva) ilə qarşılaşmada bir futbolçusunun xidmətindən yararlana bilməyəcək.
QELEBE.AZ xəbər verir ki, İstanbul təmsilçisinin heyətində cəzalı Ümit Akdağ yer almayacaq.
Qeyd edək ki, “Beşiktaş” – "Hapoel" (Beer-Şeva) matçı sabah Gürcüstanın Batumi şəhərində keçiriləcək. Batumi stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. Qarşılaşmanı danimarkalı referi Morten Kroq idarə edəcək.

https://mail.qalaba.az//uploads/photo/beshiktash-hapoelle-oyuna-bir-itki-ile-chixacaq.webp