UEFA ÇL: Liqa mərhələsinin V turuna start verilib - NƏTİCƏLƏR
Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turuna start verilib.
Apasport.az xəbər verir ki, ilk oyun günündə 9 qarşılaşma keçirilib.
Günün diqqətçəkən matçlarından biri İngiltərədə baş tutub. Londonun “Arsenal” klubu Almaniyanın “Borussiya” (Dortmund) komandasını qəbul edib. Gərgin keçən qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.
İspaniyanın “Real” (Madrid) klubu isə Niderland təmsilçisi PSV ilə üz-üzə gəlib. "Kral klubu" rəqibini 5:1 hesabı ilə darmadağın edib.
İngiltərənin digər təmsilçisi “Mançester Siti” doğma meydanda İtaliyanın “Napoli” klubunu sınağa çəkib. 4 qolun vurulduğu matçda komandalar meydandan heç-heçə ilə ayrılıblar - 2:2.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, V tur
24 noyabr
21:45. “Bodo-Qlimt” (Norveç) – LASK (Avstriya) 1:0
21:45. “Qalatasaray” (Türkiyə) – “Aston Villa” (İngiltərə) 1:0
25 noyabr
00:00. “Arsenal” (İngiltərə) – “Borussiya” Dortmund (Almaniya) 1:1
00:00. “Komo” (İtaliya) – AEK (Yunanıstan) 1:0
00:00. “Feyenoord” (Niderland) – “Portu” (Portuqaliya) 0:1
00:00. “Mançester Siti” (İngiltərə) – “Napoli” (İtaliya) 2:2
00:00. “Leyptsiq” (Almaniya) – “Lans” (Fransa) 3:1
00:00. “Real” (Madrid, İspaniya) – PSV (Niderland) 5:1
00:00. “Slovan” (Bratislava, Slovakiya) – “Betis” (İspaniya) 0:2

https://mail.qalaba.az//uploads/photo/uefa-chl-liqa-merhelesinin-v-turuna-start-verilib-neticeler.webp











