Hans-Diter Flik: “Sabah” La Liqa komandası səviyyəsindədir”

Hans-Diter Flik: “Sabah” La Liqa komandası səviyyəsindədir”

İspaniyanın “Barselona” klubunun baş məşqçisi Hans-Diter Flik UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda “Sabah”la keçiriləcək qarşılaşma barədə danışıb.

Apasport.az xəbər verir ki, almaniyalı mütəxəssis Bakıda təşkil olunan oyunöncəsi mətbuat konfransında Azərbaycan təmsilçisini yüksək qiymətləndirib, Lamin Yamalın yoxluğu və komandasının hazırlığı barədə sualları cavablandırıb.

– “Sabah”ı təhlil etmisiniz? Necə komanda gözləyirsiniz və hansı detallara xüsusi diqqət yetirmək lazımdır?

– “Sabah” futbol oynamağı sevən komandadır. Onlar müəyyən oyun sistemi çərçivəsində çıxış etməyi xoşlayırlar. Biz hər bir rəqibimizə hörmətlə yanaşırıq.

– Lamin Yamalı Bakıya gətirməmək qərarını necə verdiniz? Bu proses necə baş verdi? Komandanız onsuz fərqli olacaq?

– Keçmişdə də Yamalsız oynamışıq. Belə vəziyyətlərdə nə etməli olduğumuzu bilirik. O, bizim üçün çox vacib futbolçudur. Dünən səhər vəziyyətini yoxladıq və İspaniyada qalmasının daha məqsədəuyğun olduğuna qərar verdik. Hər şey qaydasındadır. Sabah onsuz oynayacağıq.

– Lamin Yamalın əvəzinə kim çıxış edəcək?

– Hələ qərar verməmişik. Hazırlıq prosesimiz əvvəlki qaydada davam edir. Bu gün məşq edəcəyik, sabah isə vəziyyəti qiymətləndirəcəyik. Heyətdə müəyyən dəyişikliklər ola bilər. Çünki son dörd həftədə doqquz oyun keçirmişik. İlin sonuna qədər də sıx oyun qrafikimiz olacaq. Buna görə digər futbolçulara da şans verməliyik. Bəziləri daha çox, bəziləri isə daha az oynayacaq.

– Zədəli futbolçuların vəziyyəti necədir?

– Sabahkı qarşılaşmada heyətdə müəyyən dəyişikliklər edə bilərik. Bu, qeyri-adi hal deyil. Bəzi futbolçuların zədələri ciddi görünmür. Ancaq bəzən bərpa prosesi gözlədiyimizdən daha uzun çəkə bilər.

– “Sabah”ın baş məşqçisi bildirib ki, “Barselona”ya qarşı oyun üçün futbolçuları motivasiya etmək çətin deyil. Bəs sizin üçün komandanızı bu qarşılaşmaya motivasiya etmək daha çətindir?

– Bu oyunun bizim üçün nə qədər vacib olduğunu anlayırıq. Üç xal qazanmalıyıq. “Sabah” da ilk dəfə Çempionlar Liqasında çıxış edir. Onlar baxımlı futbol oynamağı sevirlər. “Barselona”, “Mançester Yunayted” kimi komandalara qarşı meydana çıxanda hər bir futbolçu yüz faiz motivasiyalı olur. Bizdə də vəziyyət eynidir. Futbolçularım sabahkı qarşılaşmaya hazırdırlar.

– “Sabah” və “Barselona”nın oyun fəlsəfələrində müəyyən oxşarlıqlar var. Sabahkı qarşılaşmadan azarkeşlər nə gözləyə bilərlər?

– “Sabah”ın oyununu məşqçilər heyətimizlə birlikdə təhlil etmişik. Məncə, “Sabah” La Liqada çıxış edən komandalarla müqayisə oluna biləcək səviyyədədir. Çox yaxşı futbol oynayırlar və onları yüksək qiymətləndirirəm.

La Liqa komandalarının özünəməxsus oyun fəlsəfəsi var. Onlar necə futbol oynamaq lazım olduğunu bilirlər. “Sabah” da bunu bilir. Biz də qarşılaşmaya düzgün yanaşmalı və öz oyunumuzu nümayiş etdirməliyik.

Qeyd edək ki, “Sabah” – “Barselona” qarşılaşması noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Görüş saat 21:45-də başlayacaq.

Futbol
Avropa çempionu olan Azərbaycan cüdoçusu mükafatlandırılıb

Avropa çempionu olan Azərbaycan cüdoçusu mükafatlandırılıb

Futbol
DÇ-2022: Niderland Seneqala qalib gəlib  - YENİLƏNİB-2

DÇ-2022: Niderland Seneqala qalib gəlib - YENİLƏNİB-2

Futbol
İsnik Alimi: “Qol yollarında daha yaxşı olmalıyıq”

İsnik Alimi: “Qol yollarında daha yaxşı olmalıyıq”

Futbol
"Neftçi"nin baş məşqçisi: "Futbolda mümkünsüz heç nə yoxdur"

"Neftçi"nin baş məşqçisi: "Futbolda mümkünsüz heç nə yoxdur"

Futbol
AFFA İK "Zirə"nin futbolçusunun cəzasını azaldıb

AFFA İK "Zirə"nin futbolçusunun cəzasını azaldıb

Futbol
"Turan Tovuz"un legioneri: "Özümə yeni ev tapdığım üçün xoşbəxtəm"

"Turan Tovuz"un legioneri: "Özümə yeni ev tapdığım üçün xoşbəxtəm"

Futbol
Lionel Messi dünyada ilin idmançısı seçilib

Lionel Messi dünyada ilin idmançısı seçilib

Futbol
“Qarabağ” avrokuboklarda ən çox qol vuran komandaların siyahısında yer alıb

“Qarabağ” avrokuboklarda ən çox qol vuran komandaların siyahısında yer alıb

Futbol
“Beşiktaş” Niderland millisinin futbolçusu ilə müqaviləni ləğv edib

“Beşiktaş” Niderland millisinin futbolçusu ilə müqaviləni ləğv edib

Futbol
Fransa klubu "Qarabağ"la oyun üçün 20 futbolçu sifariş edib

Fransa klubu "Qarabağ"la oyun üçün 20 futbolçu sifariş edib

Futbol
Ronaldunun karyerasını başa vuracağı tarix bəlli olub

Ronaldunun karyerasını başa vuracağı tarix bəlli olub

Futbol
AFFA "Sabah"ın futbolçusunu sərt cəzalandırıb

AFFA "Sabah"ın futbolçusunu sərt cəzalandırıb