AFFA İK "Zirə"nin futbolçusunun cəzasını azaldıb

AFFA İK "Zirə"nin futbolçusunun cəzasını azaldıb

AFFA İntizam Komitəsi (İK) "Zirə" klubunun futbolçusu Coşqun Diniyevin cəzasını azaldıb.

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçinin 2 oyunluq cəzası 1-ə endirilib.

Diniyev "Sabah"a 0:1 hesabı ilə uduzduqları Premyer Liqanın X tur matçının 84-cü dəqiqəsində ikinci xəbərdarlığı alaraq meydandan kənarlaşdırılıb. O, daha sonra stadionun giriş qapısının şüşəsini sındırıb. Paytax təmsilçisi bunun üçün 2400 manat məbləğində cərimələnib. Stadiondakı əmlaka Çoşqun Diniyev tərəfindən dəymiş zərər “Zirə” klubu tərəfindən stadion sahibinə kompensasiya ediləcək.

"Səbail"in futbolçusu Tural Bayramlıya isə iki oyunluq cəza kəsilib. 24 yaşlı yarımmüdafiəçi XI turda "Samaxı" ilə görüşün 42-ci dəqiqəsində ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. "Dənizçilər" bunun üçün 1600 manat ödəyəcək.

İK "Neftçi"dən İsmayıl Zülfüqarlıya da iki oyunluq cəza verib. O, "Sabah"a 2:3 hesabı ilə uduzduqları XI tur qarşılaşmasında ciddi qayda pozuntusu ucbatından birbaşa qırmızı vərəqə alıb. "Ağ-qaralar" Zülfüqarlının bu hərəkətinə görə 1600 manat ziyana düşüb.

Futbol
Avropa Liqası: "Arsenal"ın oyunu təxirə salınıb

Avropa Liqası: "Arsenal"ın oyunu təxirə salınıb

Futbol
“Oskar”lı rejissor: “Mourinyo Ceyms Bond filmlərində cani rolu üçün mükəmməl seçim olar”

“Oskar”lı rejissor: “Mourinyo Ceyms Bond filmlərində cani rolu üçün mükəmməl seçim olar”

Futbol
Qara Qarayev De Byazi ilə arasındakı gərginliyin səbəbini açıqlayıb

Qara Qarayev De Byazi ilə arasındakı gərginliyin səbəbini açıqlayıb

Futbol
“Sumqayıt”ın qış hazırlıq planı açıqlanıb

“Sumqayıt”ın qış hazırlıq planı açıqlanıb

Futbol
FİFA-ya İranın DÇ-2022-dən kənarlaşdırılması xahişi ilə müraciət edilib

FİFA-ya İranın DÇ-2022-dən kənarlaşdırılması xahişi ilə müraciət edilib

Futbol
Rusiyalı mütəxəssis Azərbaycan futbolunun çatışmazlıqlarından danışıb

Rusiyalı mütəxəssis Azərbaycan futbolunun çatışmazlıqlarından danışıb

Futbol
"Qalatasaray" futbolçusunu ərəb klubuna icarəyə verib

"Qalatasaray" futbolçusunu ərəb klubuna icarəyə verib

Futbol
Avropa Liqası: "Nant" - "Qarabağ" oyununda hesab açılıb

Avropa Liqası: "Nant" - "Qarabağ" oyununda hesab açılıb

Futbol
"Arsenal" Premyer Liqada rekorda imza atıb

"Arsenal" Premyer Liqada rekorda imza atıb

Futbol
Pele xəstəxanaya yerləşdirilib

Pele xəstəxanaya yerləşdirilib

Futbol
DÇ-2022: Argentina Niderlandı məğlub edərək yarımfinala çıxıb

DÇ-2022: Argentina Niderlandı məğlub edərək yarımfinala çıxıb

Futbol
"Qarabağ"ın rəqibi yenə qələbəyə həsrət qalıb

"Qarabağ"ın rəqibi yenə qələbəyə həsrət qalıb