“Qalatasaray” “Aston Villa”nı 3 qolla məğlub etdi

“Qalatasaray” “Aston Villa”nı 3 qolla məğlub etdi

UEFA Gənclər Liqasının Liqa mərhələsinin V turunda “Qalatasaray” İngiltərənin “Aston Villa” klubunu qəbul edib.

Apasport.az xəbər verir ki, İstanbulda keçirilən qarşılaşma Türkiyə təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda hesabı 11-ci dəqiqədə qonaqların futbolçusu Marki Mid açıb. Lakin “Qalatasaray” 27-ci dəqiqədə Arda Taqayın, 39-cu dəqiqədə isə Ada Yüzgeçin qolları ilə fasiləyə üstün yollanıb.

54-cü dəqiqədə Eyüp Can Karasu üçüncü qolu vuraraq qarşılaşmanın yekun nəticəsini müəyyənləşdirib.

Bununla da “Qalatasaray” UEFA Gənclər Liqasının cari mövsümündə ilk qələbəsini qazanıb. İstanbul təmsilçisi keçirdiyi 5 oyunda 1 qələbə, 2 heç-heçə və 2 məğlubiyyətlə xalını 5-ə yüksəldib. “Aston Villa” isə 4 xalda qalıb.

Qeyd edək ki, “Qalatasaray” növbəti turda Yunanıstanın AEK klubunun qonağı olacaq. “Aston Villa” isə Fransanın PSJ komandasını qəbul edəcək.