"Zəngəzur"un kapitanı: “Klub rəhbərliyi rahatlığımız üçün hər cür şərait yaratmışdı" - MÜSAHİBƏ

"Zəngəzur"un kapitanı: “Klub rəhbərliyi rahatlığımız üçün hər cür şərait yaratmışdı" - MÜSAHİBƏ

Bolqarıstanda keçirilən minifutbol üzrə Avropa Kubokunda iştirak edən “Zəngəzur” komandası debüt ilində yarımfinala qədər irəliləsə də, finala vəsiqə və ardından üçüncü yer uğrunda oyunda məğlub olub.

Turnirdə “Zəngəzur”un formasını geyinənlər arasında futbol üzrə Azərbaycan millisinin və “Qarabağ” klubunun sabiq yarımmüdafiəçisi Əfran İsmayılov da olub.

İlk dəfə özünü minifutbolda sınayan “Zəngəzur”un kapitanı “QELEBE.AZ”a müsahibəsində təəssüratlarını bölüşüb.

- Avropa Kuboku ilə bağlı təəssüratlarınız necədir?
- Şəxsən özüm üçün çox maraqlı idi. Minifutbola marağım əvvəldən var idi. Amma buradakı oyunla böyük futbol tam fərqlidir. Bakıda cəmi 2-3 məşqimiz olmuşdu, uşaqları da tanımırdım. Çətinliklərimiz çox idi. Buna baxmayaraq, klubun prezidenti Şahin Məmmədov kollektivi bir araya gətirdi, mənə də dedi ki, səni çoxdan tanıyıram, komandaya kömək etməyini istəyirəm. Təmənnasız komandaya qoşuldum. Yaxşı insanlar tanıdım, maraqlı abu-hava gördüm. Avropa Kuboku da çox yaxşı təşkil olunmuşdu, hər şey yüksək səviyyədə idi. Nəticə ürəyimizcə idi, yarımfinala qədər irəliləmişdik.

- Finala yüksəlməyinizə nə mane oldu?
- İlk dəfə idi ki, belə bir turnirə qatılırdıq, təcrübəsizlik var idi. Buna görə də nəticə başadüşülən olmalıdır. Üstəlik, az məşq etmişdik. Gün ərzində iki oyun keçirirdik. Bu, mənim üçün çox ağır idi, yorğunluq olurdu. Digər komandalar isə belə turnirlərə tez-tez qatılırlar. Onlar üçün rahat olsa da, biz çətinliklərlə üzləşdik. Ümumilikdə hər şeydən razı qaldım. Klub rəhbərliyi rahatlığımız üçün hər cür şərait yaratmışdı.

- Böyük futbolla minifutbol arasında nə kimi fərqlər var?
- Böyük futbolda oynamaq daha rahatdır. Yer genişdir, məsafə var, daha rahat fikirləşərək hərəkət etmək olur. Böyük futbol əsasən təkbətək mübarizələr üzərində qurulub. Burada isə komandanın əsasını 60-70 faiz qapıçı təşkil edir. Qapıçın yaxşıdırsa və ayaqla normal oynaya bilirsə, 1:0 hesabı ilə öndə başlayırsan. Minifutbolda rəqib o qədər yaxın olur ki, daha tez düşünmək və zərbə vurmaq lazımdır. Standart vəziyyətlər çox önəmlidir.

- Bir müddət əvvəl minifutbol komandası yaratmaq istədiyinizi demişdiniz. Bu fikrinizi dəyişməmisiniz?
- Bəli, yeni komanda yaradacağam. Minifutbol üzrə Azərbaycan çempionatında iştirak etməyə çalışacağıq. Buradan maddi qazanc güdmürəm. Çəkimin artmaması, formada qalmağım üçün özümün də buna həvəsim var. Futbolçu adətən karyerasını bitirdikdən sonra kökəlir, bədənində ağrıları olur. Belə hallarla üzləşməmək üçün futboldan uzaq düşməməyə çalışıram.

- Bununla bağlı müraciət etdiyiniz qurumlar var?
- Bakıya qayıtdıqdan sonra federasiya rəhbərliyi ilə görüşəcəyəm. Görək hansı qərarı verəcəklər.

- Komandanın xərclərini kim qarşılayacaq?
- Federasiya ilə sponsor barəsində də danışacağıq. Hərtərəfli dəqiqləşdirmə apardıqdan sonra rəhbərliklə görüşəcəyəm. Çünki futbolçuların nə istədiklərini də onlara çatdırmalıyam.

- Komandanıza kimləri cəlb edəcəyinizi dəqiqləşdirmisiniz?
- Bəli, Rauf Əliyev, Rahid Əmirquliyev, Vaqif Cavadov, İlqar Qurbanov, Rail Məlikov, Elvin Məmmədov, Cavid Hüseynov və Elhad Nəziri olacaqlar. Mahir Şükürovla danışmışam. Ruslan Abışov da heyətə əlavə edilə bilər. Futbolçu çoxdur, adlarını çəkdiklərimin hamısı gəlmək istəyirlər. İnanıram ki, çempionata rəng qatacağıq. İndi yalnız komandanın adı və baş məşqçinin kimliyi qalır. Buna da Bakıya döndükdən sonra ətraflı müzakirə apararaq qərar verəcəyik.

Futbol
"Yuventus" və "İnter"in sabiq futbolçusu karyerasını başa vurub

"Yuventus" və "İnter"in sabiq futbolçusu karyerasını başa vurub

Futbol
Avropa Liqası: "Arsenal" təxirə salınmış oyunda PSV ilə qarşılaşacaq

Avropa Liqası: "Arsenal" təxirə salınmış oyunda PSV ilə qarşılaşacaq

Futbol
Azərbaycan derbisində rekord qeydə alınıb

Azərbaycan derbisində rekord qeydə alınıb

Futbol
Azərbaycan Premyer Liqası: FIFA referisi "Neftçi"nin oyununa təyinat alıb

Azərbaycan Premyer Liqası: FIFA referisi "Neftçi"nin oyununa təyinat alıb

Futbol
Xorvatiya 1/4 finala yüksəlib

Xorvatiya 1/4 finala yüksəlib

Futbol
Çempionlar Liqası: “Araz-Naxçıvan” son görüşünə çıxacaq

Çempionlar Liqası: “Araz-Naxçıvan” son görüşünə çıxacaq

Futbol
Nigeriya Futbol Federasiyası FIFA-nın tələbini yerinə yetirib

Nigeriya Futbol Federasiyası FIFA-nın tələbini yerinə yetirib

Futbol
Çempionlar Liqası: "Real Madrid"in futbolçusu Burak Yılmazın rekordunu yeniləyib

Çempionlar Liqası: "Real Madrid"in futbolçusu Burak Yılmazın rekordunu yeniləyib

Futbol
Azarkeşləri medianı təhqir etdiyi üçün “Qarabağ” cəzalanıb

Azarkeşləri medianı təhqir etdiyi üçün “Qarabağ” cəzalanıb

Futbol
Yuri Syomin: "Azərbaycanda futbolçular hər toqquşmada yerə yıxılırdı"

Yuri Syomin: "Azərbaycanda futbolçular hər toqquşmada yerə yıxılırdı"

Futbol
Premyer Liqa: "Zirə" "Şamaxı"nı qəbul edəcək

Premyer Liqa: "Zirə" "Şamaxı"nı qəbul edəcək

Futbol
Messi əfsanəvi qapıçının nailiyyətini geridə qoyub

Messi əfsanəvi qapıçının nailiyyətini geridə qoyub