AGF-nin sabiq vitse-prezidenti: “Hacı kimi güləşçi 50-100 ildə bir yetişir”

AGF-nin sabiq vitse-prezidenti: “Hacı kimi güləşçi 50-100 ildə bir yetişir”

“Hacı kimi güləşçi 50-100 ildə bir yetişir”.

Bunu “QELEBE.AZ”a açıqlamasında Azərbaycan Güləş Federasiyasının (AGF) sabiq vitse-prezidenti Elçin Cəfərov sərbəst güləş üzrə yığmanın üzvü Hacı Əliyev barədə danışarkən deyib.

O, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında 65 kq çəki dərəcəsində çıxış edən 32 yaşlı idmançının məğlub olaraq Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazana bilməməsini adi qarşılayıb. Mütəxəssisin fikrincə, üçqat dünya çempionunun hələ şansı qalır: “Hacı sıradan idmançı deyil, yığmanın kapitanı, lideridir, adlı-sanlı güləşçidir. Bizdə bir məğlubiyyət olan kimi tənqidlər başlayır. Ancaq bunu normal idman nəticəsi kimi qəbul etmək lazımdır. Hacının lisenziya almaq şansı var. Gələn il Bakıda və İstanbulda lisenziya xarakterli turnir keçiriləcək”.

Mütəxəssis sərbəst güləşçilərin mundialın geridə qalan günlərindəki çıxışlarına da qiymət verib: “Güləşçilərimizin dünya çempionatında bu günə kimi çıxışlarını normal hesab edirəm. Dünən Osman Nurmaqomedov (92 kq) gümüş medal qazandı. Maqomedxan Maqomedov (97 kq) bu gün final görüşünə çıxacaq. Dünya çempionatı ölüm-dirim yarışıdır. Lisenziya xarakterli olduğundan çox gərgin və ağır keçir”.

E.Cəfərov idmançıların hər birinin qarşısına qoyulan məqsədin olimpiadaya lisenziya qazanmaq olduğunu vurğulayıb: “Federasiya rəhbərliyinin bütün idmançıların qarşısına qoyduğu məqsəd medallar və lisenziyalar qazanmaqdır. Təbii ki, bu, asan deyil. Yarışa hazırlaşmaq, çəki salmaq, püşkün nəticəsi, hakimlik kimi amillər var. Bəziləri hətta zədəli vəziyyətdə yarışa yollanırlar. Belə bir deyim var: bütün dünya sənə qarşı olur. Dünya çempionatında vəziyyət məhz belədir. Planetin ən yaxşılarına qarşı mübarizə aparmaq isə asan deyil”.

Qeyd edək ki, Azərbaycan sərbəst güləşçilərindən yalnız Maqomedxan Maqomedov olimpiadaya lisenziya əldə edib.

Fərdi
Azərbaycan şahmatçısı texniki qələbə ilə vahid lider olub

Azərbaycan şahmatçısı texniki qələbə ilə vahid lider olub

Fərdi
Azərbaycan millisinin boksçuları toplanış üçün Madridə yollanıblar

Azərbaycan millisinin boksçuları toplanış üçün Madridə yollanıblar

Fərdi
Daha bir azərbaycanlı kikboksçu Zabit Səmədovun vida döyüş gecəsində qalib gəlib

Daha bir azərbaycanlı kikboksçu Zabit Səmədovun vida döyüş gecəsində qalib gəlib

Fərdi
Azərbaycanın stolüstü tennisçisi 1/4 finala yüksəlib

Azərbaycanın stolüstü tennisçisi 1/4 finala yüksəlib

Fərdi
Rafiq Hüseynov: "İran yığması ilə görüş öncəsi heç bir qorxu yoxdur"

Rafiq Hüseynov: "İran yığması ilə görüş öncəsi heç bir qorxu yoxdur"

Fərdi
Anna Başta Qran-pri yarışında 5-ci yeri tutub

Anna Başta Qran-pri yarışında 5-ci yeri tutub

Fərdi
Azərbaycan güləşçisi: "Ağır çəkidəki idmançılar ağrı-acıya dözümlü deyillər"

Azərbaycan güləşçisi: "Ağır çəkidəki idmançılar ağrı-acıya dözümlü deyillər"

Fərdi
Şəkidəki ilk idman festivalından reportaj

Şəkidəki ilk idman festivalından reportaj

Fərdi
"Champions Chess Tour": Şəhriyar Məmmədyarov polşalı şahmatçıya uduzub

"Champions Chess Tour": Şəhriyar Məmmədyarov polşalı şahmatçıya uduzub

Fərdi
Baş məşqçi: "Karatedə Premyer Liqa futboldakı Çempionlar Liqası deməkdir"

Baş məşqçi: "Karatedə Premyer Liqa futboldakı Çempionlar Liqası deməkdir"

Fərdi
Böyük Britaniyanı təmsil edən azərbaycanlı gimnastlar Bakıya gələcəklər

Böyük Britaniyanı təmsil edən azərbaycanlı gimnastlar Bakıya gələcəklər

Fərdi
Rəşad Nəbiyev regionlarda cüdonun inkişaf etdirilməsi ilə bağlı tapşırıq verib

Rəşad Nəbiyev regionlarda cüdonun inkişaf etdirilməsi ilə bağlı tapşırıq verib