Azərbaycan millisinin sabiq baş məşqçisi: "Yığmanı tək Stadnikin üzərində qurmaq lazım deyil"

Azərbaycan millisinin sabiq baş məşqçisi: "Yığmanı tək Stadnikin üzərində qurmaq lazım deyil"

"Yığmanı, məşqi tək Mariya Stadnikin üzərində qurmaq lazım deyil. Onun öz tərcübəsi var. Hamını onun üslubuna yönəltmək, elə güləşdirmək mümkün deyil".

Bunu "Report"a açıqlamasında Azərbaycanın qadınlardan ibarət millisinin sabiq baş məşqçisi Aslan Ağayev komandanın Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında çıxışı ilə bağlı danışarkən deyib.

55 yaşlı mütəxəssis heyətdə gənc güləşçilərin də yer aldığını bildirib: "Onlar da özlərini doğrulda bilmədilər. Bəlkə də kollektivə bir az gec qoşulmuşdular. Təcrübələri də azdır. Alyona Kolesnikə də güvənirdik. O da medal qazana bilərdi. Üçüncü yer uğrunda qarşılaşmada uduzaraq beşinci yerlə kifayətləndi".

Ağayev yığmanın aparıcı üzvü Mariya Stadnik barədə danışıb: "İdmanda məğlubiyyət və qələbələr də var. Bu dəfə nəsə çatışmadı. Bəlkə bilmədiyimiz hansısa problemi olub. Mariya bu vəziyyətdə də ən azından olimpiadaya lisenziyanı qazanmalı idi. Onu çox gözəl tanıyıram. Məncə, onda nəsə problem olub".

O, ukraynaəsilli idmançının uğursuzluğunun yaşla əlaqədar olmadığını vurğulayıb: "Qadınlarda yaş o qədər də özünü göstərmir. 38-40 yaşında güləşənlər var. Ukraynadakı vəziyyət də hamıya bəllidir. Bəlkə də müəyyən problemlər ona təsir edir. Qarşıdakı turnirlərdə lisenziya qazanacağına inanıram. Olimpiadaya düzgün hazırlaşdırmaq və problemləri onun beynindən çıxarmaq lazımdır. Bütün bunlar olsa, Mariya Parisdə medal əldə bilər".

Mütəxəssis Azərbaycanın qadın güləşinin gələcəyindən də söz açıb: "Mariya kimi olmasa da, qadın güləşçilərimiz olacaq. Yeniyetmə və gənclər arasında istedadlı idmançılar var. Avropa və dünya çempionatlarından medallar gətiriblər. Bu olimpiadada olmasa da, 2028-ci ildə keçiriləcək analoji yarışda iştirak edəcəklərinə inanıram. Amma intizam olmasa, qadın güləşindən söhbət belə gedə bilməz. Bizim öz mentalitetimiz var. Qız güləşçilərimizə doğru yol göstərməliyik. Bəzən fikirləşirlər ki, başqa ölkələrdə azadlıq var. Onlar anadan olandan ailədə və digər yerlərdə həmin azadlığı görüblər. Amma bizdə tam fərqlidir. Məşqçiyə hörmətlə yanaşmalı, onun sözlərini eşitməli və tapşırıqlarına əməl etməlidirlər. Mən işlədiyim dönəmdə hamı bu məsələlərə ciddi yanaşdığımı görürdü. Komandada artıq nəsə baş verə bilməzdi. Kimsə intizamsızlıq edəndə mütləq cəzalanmalı idi".

Qeyd edək ki, Azərbaycanın qadın güləşçiləri Serbiyada keçirilən dünya çempionatını medalsız və lisenziyasız başa vurublar.

Fərdi
Avropa üçüncüsü olan cüdo üzrə Azərbaycan yğması mükafatlandırılıb

Avropa üçüncüsü olan cüdo üzrə Azərbaycan yğması mükafatlandırılıb

Fərdi
Azərbaycanın yeniyetmə və gənc kikboksçulardan ibarət millisi tarixi uğura imza atıb

Azərbaycanın yeniyetmə və gənc kikboksçulardan ibarət millisi tarixi uğura imza atıb

Fərdi
Dünya Oyunları: Azərbaycan para-üzgüçüsü gümüş medal qazanıb

Dünya Oyunları: Azərbaycan para-üzgüçüsü gümüş medal qazanıb

Fərdi
Kikboksinq üzrə Respublika Kubokunun qalibləri bəlli olub

Kikboksinq üzrə Respublika Kubokunun qalibləri bəlli olub

Fərdi
Olimpiya çempionu dopinqə görə cəzalandırılıb

Olimpiya çempionu dopinqə görə cəzalandırılıb

Fərdi
Böyük Dəbilqə: Rəşad Nəbiyev qalibləri mükafatlandırıb - YENİLƏNİB-4

Böyük Dəbilqə: Rəşad Nəbiyev qalibləri mükafatlandırıb - YENİLƏNİB-4

Fərdi
Dünya çempionatı: Azərbaycanın sərbəst güləşçilərinin ilk rəqibləri bilinib

Dünya çempionatı: Azərbaycanın sərbəst güləşçilərinin ilk rəqibləri bilinib

Fərdi
Fərid Qayıbov: "İdmançılar növbəti festivalın Qarabağda keçirilməsini istəyirlər"

Fərid Qayıbov: "İdmançılar növbəti festivalın Qarabağda keçirilməsini istəyirlər"

Fərdi
Dünya çempionatı: Yunan-Roma güləşi üzrə Azərbaycan millisinin heyəti açıqlanıb

Dünya çempionatı: Yunan-Roma güləşi üzrə Azərbaycan millisinin heyəti açıqlanıb

Fərdi
Rusiya və Belarus sakinləri ABŞ-dakı marafona buraxılmayacaq

Rusiya və Belarus sakinləri ABŞ-dakı marafona buraxılmayacaq

Fərdi
MOK-da Ağacan Abiyevin 85 illik yubileyi qeyd edilib

MOK-da Ağacan Abiyevin 85 illik yubileyi qeyd edilib

Fərdi
Çingiz Hüseynzadə: "Festivalın maddi mükafatını daha sonra müəyyənləşdirəcəyik"

Çingiz Hüseynzadə: "Festivalın maddi mükafatını daha sonra müəyyənləşdirəcəyik"