Dünya çempionatı: Azərbaycan paracüdoçuları 3-cü medalı qazanıb

Dünya çempionatı: Azərbaycan paracüdoçuları 3-cü medalı qazanıb

Azərbaycanın qadın paracüdoçusu Xanım Hüseynova Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb.

"QELEBE.AZ"un məlumatına görə, 70 kq çəki dərəcəsində mübarizə aparan idmançı 3-cü yer uğrunda görüşdə yaponiyalı Karusa Oqavaya qalib gəlib.

Bu çəkidə medal görüşləri başa çatdıqdan sonra mükafatlandırmə mərasimi olub. Mükafatları Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov və Vətən Müharibəsi şəhidi, cüdo ilə məşğul olmuş Cəbrayıl Dövlətzadənin anası Məleykə Məmmədzadə təqdim edib.

Qeyd edək ki, bununla da Azərbaycan millisinin dünya çempionatında qazandığı medalların sayı 3-ə çatıb. Daha əvvəl kişilərdən 73 kq-da Namik Abbaslı, qadınlardan isə 48 kq-da Şəhanə Hacıyeva 3-cü yeri tutub.

15:35

Azərbaycan paracüdoçusu İlham Zəkiyev Bakıda keçirilən dünya çempionatında finala yüksəlib.

"QELEBE.AZ"un məlumatına görə, 90 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən 42 yaşlı idmançı ardıcıl olaraq, Onur Taştan (Türkiyə), Qanbat Daştseren (Monqolustan) və Romald Rabotyeyə (Fransa) qalib gəlib.

Dünya və 8 qat Avropa, 2 qat paralimpiya çempionu həlledici görüşdə Vilyans Araujo (Braziliya) ilə qüvvəsini sınayacaq.

Qadın paracüdoçulardan isə 70 kq-da Xanım Hüseynova və Xatirə İsmiyeva bürünc medal görüşlərinə çıxacaq.

Qeyd edək ki, hələlik Azərbaycan təmsilçilərindən 73 kq-da Namik Abbaslı və 48 kq-da Şəhanə Hacıyeva bürünc medal qazanıb.

İlham Zəkiyev
İlham Zəkiyev
Fərdi
Azərbaycan şahmatçısı dünya birinciliyində gümüş medal qazanıb

Azərbaycan şahmatçısı dünya birinciliyində gümüş medal qazanıb

Fərdi
Avropa Kuboku: "Odlar Yurdu" 6-cı, "Vüqar Həşimov" 10-cu olub

Avropa Kuboku: "Odlar Yurdu" 6-cı, "Vüqar Həşimov" 10-cu olub

Fərdi
Nazim Sadıqov: "UFC-də çəkimi dəyişmək istəmirəm"

Nazim Sadıqov: "UFC-də çəkimi dəyişmək istəmirəm"

Fərdi
Azərbaycanın üzgüçülük millisinə Macarıstandan məşqçi təyin olunub

Azərbaycanın üzgüçülük millisinə Macarıstandan məşqçi təyin olunub

Fərdi
Azərbaycanın bədii gimnastı Almaniyada gümüş medal qazanıb

Azərbaycanın bədii gimnastı Almaniyada gümüş medal qazanıb

Fərdi
Azərbaycanın MMA döyüşçüsü Almaniyada növbəti qələbə qazanıb

Azərbaycanın MMA döyüşçüsü Almaniyada növbəti qələbə qazanıb

Fərdi
Böyük Britaniyanın tarixinə düşmüş azərbaycanlı gimnast ilk dəfə ölkəmizə gələcək

Böyük Britaniyanın tarixinə düşmüş azərbaycanlı gimnast ilk dəfə ölkəmizə gələcək

Fərdi
Elcan Hacıyev: "Avropa çempionu olmaq arzum idi"

Elcan Hacıyev: "Avropa çempionu olmaq arzum idi"

Fərdi
"Champions Chess Tour": Şəhriyar Məmmədyarov final mərhələsinə qələbə ilə başlayıb

"Champions Chess Tour": Şəhriyar Məmmədyarov final mərhələsinə qələbə ilə başlayıb

Fərdi
Dünya çempionatı: Azərbaycanın daha bir güləşçisi medal görüşünə vəsiqə qazanıb

Dünya çempionatı: Azərbaycanın daha bir güləşçisi medal görüşünə vəsiqə qazanıb

Fərdi
Azərbaycanı Avropa çempionatında təmsil edəcək boksçular açıqlanıb

Azərbaycanı Avropa çempionatında təmsil edəcək boksçular açıqlanıb

Fərdi
Azərbaycanın iki cüdoçusu zədə səbəbindən Bakıdakı yarışı buraxacaq

Azərbaycanın iki cüdoçusu zədə səbəbindən Bakıdakı yarışı buraxacaq