“Sabah”ın yeni kapitanı: “Əsas hədəf qrupda birinci yer tutmaqdır”

“Sabah”ın yeni kapitanı: “Əsas hədəf qrupda birinci yer tutmaqdır”

“Əsas hədəf qrupda birinci yer tutmaqdır”.

“QELEBE.AZ” xəbər verir ki, bunu “Sabah” basketbol komandasının yeni kapitanı Endər Poladxanlı FİBA Avropa Kubokunun qrup mərhələsi barədə klubun mətbuat xidmətinə açıqlamasında deyib.

24 yaşlı basketbolçu yer aldıqları A qrupunda hər üç rəqibi məğlub edəcək gücə malik olduqlarını düşünür: “18 ildən sonra klub səviyyəsində ölkə basketbolunu avrokuboklarda təmsil edirik. Buna görə də məqsədimiz yalnız qələbə qazanmaqdır. Amma basketbolda hər şey ola bilər. Təcrübəsizlik, avrokuboklarda uzun müddətdir çıxış etməməyin təsiri hiss oluna bilər. Çox yaxşı komandamız var. Hər üç rəqibə qalib gələcəyimizə inanıram. Bu olmasa belə, əlimizdən gələni edəcəyik ki, Azərbaycan basketbolunu Avropada yüksək səviyyədə təmsil edək”.

E.Poladxanlı bu gün Niderlandın “Donar” klubuna qarşı keçiriləcək ilk görüşlə bağlı fikirlərini də bölüşüb. O, matça tam hazır olduqlarını söyləyib: “Həm fiziki, həm də psixoloji cəhətdən komandanın vəziyyəti yaxşıdır. Bakıda başlayan və Serbiyada davam edən uzun hazırlıq prosesi keçdik. Oradakı 5 yoxlama görüşünün 3-də qələbə qazandıq. Artıq rəsmi matçların vaxtı çatıb. “Donar” önündə var gücümüzlə çıxış edəcəyik. Son bir həftədə Bakıda sırf bu komandaya qarşı hazırlaşmışıq. Məşqçilər korpusu onların videolarını təqdim edib, hücumlarına və müdafiələrinə qarşı necə oynamaq lazım gəldiyini başa salıblar. Oyundan-oyuna artırmağa çalışacağıq. Hər rəqibə qarşı fərqli formada hazırlaşacağıq”.

Qeyd edək ki, Skopyedəki Boris Traykovski adına İdman Mərkəzində keçiriləcək “Sabah” – “Donar” oyunu Bakı vaxtı ilə saat 19:30-da başlayacaq. Azərbaycan çempionu oktyabrın 3-də “Rabotniçki” (Skopye, Şimali Makedoniya), 5-də isə “Rapid”lə (Buxarest, Rumıniya) qarşılaşacaq.

Komanda
Azərbaycanın həndbol yığması bu gün Böyük Britaniya ilə qarşılaşacaq

Azərbaycanın həndbol yığması bu gün Böyük Britaniya ilə qarşılaşacaq

Komanda
Kubalı voleybolçu milli komandanın düşərgəsindən qaçıb

Kubalı voleybolçu milli komandanın düşərgəsindən qaçıb

Komanda
Rusiyalı gənc hokkeyçi qəfil ölüb

Rusiyalı gənc hokkeyçi qəfil ölüb

Komanda
Azərbaycan millisinin üzvləri Çin çempionatında bürünc medal qazanıblar

Azərbaycan millisinin üzvləri Çin çempionatında bürünc medal qazanıblar

Komanda
Azərbaycan təmsilçisi Çağırış Kubokuna darmadağınla başlayıb

Azərbaycan təmsilçisi Çağırış Kubokuna darmadağınla başlayıb

Komanda
"Azərreyl" klubu avrokuboklarla erkən vidalaşıb

"Azərreyl" klubu avrokuboklarla erkən vidalaşıb

Komanda
Azərbaycan Basketbol Liqasında 3-cü tur yekunlaşıb

Azərbaycan Basketbol Liqasında 3-cü tur yekunlaşıb

Komanda
Dünya çempionatı: İtaliyanın yarımfinaldakı rəqibi müəyyənləşib

Dünya çempionatı: İtaliyanın yarımfinaldakı rəqibi müəyyənləşib

Komanda
Çağırış Kuboku: Azərbaycan təmsilçisi bu gün cavab oyununa çıxacaq

Çağırış Kuboku: Azərbaycan təmsilçisi bu gün cavab oyununa çıxacaq

Komanda
Azərbaycan təmsilçisi Çağırış Kubokunda Avstriya komandası ilə qarşılaşacaq

Azərbaycan təmsilçisi Çağırış Kubokunda Avstriya komandası ilə qarşılaşacaq

Komanda
Azərbaycan Basketbol Liqasında 9-cu tura start verilib   

Azərbaycan Basketbol Liqasında 9-cu tura start verilib  

Komanda
Azərbaycan millisinin baş məşqçisi: "Final mərhələsinə yüksəlməliyik"

Azərbaycan millisinin baş məşqçisi: "Final mərhələsinə yüksəlməliyik"