Filipo Kandido: “Məyusedici haldır”
Misli Premyer Liqasının XII turunda "Sumqayıt" "Sabah"ı qəbul edib - 1:5.
QELEBE.AZ xəbər verir ki, matçdan sonra meydan sahiblərinin baş məşqçisi Filipo Kandidonun mətbuat konfransı keçirilib.
"Azərbaycanın ən yaxşı komandalarından birinə qarşı oynamaq çətin idi. 90 dəqiqə ərzində 11 nəfərlə oynasaydıq, bəlkə də fərqli nəticə ola bilərdi. Qırmızı vərəqədən sonra bizim üçün çox çətin oldu. Komandamın ilk 15 dəqiqədə yaxşı oynadığını düşünürəm. Topa sahib ola, şanslar yarada bilirdik. "Sabah" ardıcıl beş oyunda qələbə qazana bilməmişdi. Bilirdik ki, bu gün qələbə qazanmaq üçün böyük enerji sərf edəcəklər. Hər şey bizə aydın idi. İlk 5 dəqiqədə biz üstün oynadıq. Daha sonra rəqib təşəbbüsə yiyələndi. Qapımıza ilk zərbədə qol vurdular. Qoldan sonra komandam yaxşı reaksiya verdi. Qırmızı vərəqədən sonra "Sabah"a qarşı mübarizə aparmaq çox çətin idi. Məyusuq. Çalışırdıq ki, heç olmasa ilk yarını heç-heçə ilə başa vuraq. O da alınmadı. Fasilədə oyunçularıma dedim ki, təslim olmaq olmaz. Rəqibin çox keyfiyyətli oyunçuları var. Yaxşı şanslar əldə etdilər və bu nəticə qeydə alındı".
- Qırmızı vərəqə ilə bağlı fikriniz necədir?
- Oyun ərzində iki böyük səhvimiz oldu. Birincisi odur ki, autdan topu rəqibə verdik və qol vurdular. İkinci isə Blekin vəziyyətini deyərdim. Futbolçu sarı vərəqəsinin olduğunu unutmamalıdır, daha ehtiyatlı olmalıdır. Bəlkə də rəqibin qol vurmağı yaxşıdır, nəinki belə qırmızı vərəqə almaq. Hakimin qərarına gəldikdə isə hələ epizodun təkrarına baxmamışam. İstənilən halda məyusedici haldır. O, mərkəzdə bizim üçün çox vacib oyunçudur. Komandamızın mövsümdə ilk qırmızı vərəqəsi idi.
- Bu stadionda mövsümün ilk oyununa çıxdız. Atmosfer barədə nə deyə bilərsiniz?
- Stadion və atmosfer möhtəşəm idi. Nəticəyə görə məyusam. Belə arenada meydana çıxmaq çox yaxşıdır. Azarkeşlərimizə yaxşı nəticə bəxş etmək istəyirdik. Təəssüf ki, alınmadı. Futbolçularımı məyus görəndə çox pis oldum. Bu stadion və azarkeşlər üçün daha yaxşısını etməyə gücümüz var.

https://mail.qalaba.az//uploads/photo/filipo-kandido-meyusedici-haldir.webp