“Araz-Naxçıvan”ın futbolçusu: “Azərbaycan çempionatı Portuqaliya ilə eyni dərəcədə cəlbedici liqadır”

“Araz-Naxçıvan”ın futbolçusu: “Azərbaycan çempionatı Portuqaliya ilə eyni dərəcədə cəlbedici liqadır”

“Azərbaycan çempionatı Portuqaliyada öyrəşdiyimdən fərqli, amma eyni dərəcədə rəqabətli və cəlbedici liqadır”.

“Report” xəbər verir ki, bunu “Araz-Naxçıvan”ın futbolçusu Nuno Rodriges klubun mətbuat xidmətinə müsahibəsində deyib.

Yay fasiləsində ölkəsinin “Kovilya” klubundan transfer edilən portuqaliyalı vinger Azərbaycan Premyer Liqası barədə müsbət fikirlər səsləndirib: “Premyer Liqanın öz özəlliyi var. Portuqaliya ilə müqayisədə əsas fərq burada komandaların oyun üslubunun başqa olmasıdır”.

“Araz-Naxçıvan” Premyer Liqanın VIII turunda “Zirə”ni məhz Rodrigesin yeganə qolu sayəsində məğlub edib. Həmin qarşılaşmanı dəyərləndirən 28 yaşlı oyunçu mübarizənin gərgin alınacağını öncədən gözlədiklərini söyləyib: “Çünki qarşımızdakı komanda turnir cədvəlinin zirvəsində yer alırdı. Hazırlığı buna uyğun görmüşdük. “Zirə”nin oyun üslubu da fərqli idi. Bizə isə yaxşı oynamağımıza rəğmən, yenildiyimiz “Səbail”lə matçdan sonra mütləq qələbə qazanmaq lazım idi. Səbirlə oynadıq, az səhv etdik və lazım olan qolu vurduq”.

Komandasına qələbə qazandıran hücumameyilli futbolçu özünü qəhrəman hesab etmir: “Futbol komanda oyunudur və biz kollektiv olaraq bu qələbəni qazandıq. Qolu mən vurdum, amma ona qədər neçə futbolçumuz əziyyət çəkdi. Abdulla Rzayev cinahı təkbaşına yardı və topu mən olan nöqtəyə qədər daşıdı. Qəhrəman yox, xoşbəxtəm, çünki qələbəyə kömək edə bildim, liqada ilk qolumu vurdum. Ən yaxşı oyunlarımızdan birini keçirdik. Kiminsə əməyini itirmək, qiymətləndirməmək olmaz”.

O, komandasının cari mövsümdəki çıxışını yüksək qiymətləndirib: “Mövsümün əvvəlindəki vəziyyətimizi hər kəs bilir, yenidən onları sadalamaq istəmirəm. Bu günə qədər başverənləri təhlil etsək, müsbət dinamika və inkişaf edən “Araz-Naxçıvan” görərik. Ancaq bununla kifayətlənmək olmaz. İnkişaf daimi və davamlı olmalıdır”.

Nuno Rodriges IX turda “Sabah”la keçiriləcək səfər görüşündə qələbəni hədəflədiklərini əlavə edib: “İndiyə qədər keçirdiyimiz oyunların hamısı çətin keçib. Bu görüş də istisna deyil. Ancaq baş məşqçimiz heç vaxt bizə heç-heçə etmək tapşırığı verməyib. Digər oyunlara qələbə istəyi ilə çıxdığımız kimi, bu dəfə də 3 xal qazanmaq üçün səfərə yollanacağıq. İstəyirik dövrəni major notlarla yekunlaşdıraq və millilərin oyunları ilə bağlı yaranacaq fasiləyə müsbət əhvalda yollanaq”.

Qeyd edək ki, “Araz-Naxçıvan” hazırda 13 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Bu komandanın “Sabah”la matçı oktyabrın 7-də keçiriləcək.

Futbol
Futbolun İnkişaf Fondunun Himayəçilər Şurasının iclası keçirilib

Futbolun İnkişaf Fondunun Himayəçilər Şurasının iclası keçirilib

Futbol
"Sabah"ın baş məşqçisi: "Gəncədən xalla qayıtmaq çox önəmli idi"

"Sabah"ın baş məşqçisi: "Gəncədən xalla qayıtmaq çox önəmli idi"

Futbol
"Real Madrid"in aparıcı legioneri İspaniya vətəndaşlığı alıb

"Real Madrid"in aparıcı legioneri İspaniya vətəndaşlığı alıb

Futbol
DÇ-2022: Ən gənc futbolçular açıqlanıb

DÇ-2022: Ən gənc futbolçular açıqlanıb

Futbol
DÇ-2022: Xorvatiya və Belçika yığmalarının start heyətləri bəlli olub

DÇ-2022: Xorvatiya və Belçika yığmalarının start heyətləri bəlli olub

Futbol
“Sabah”ın baş məşqçisi: “Rusiya futbolu üçün darıxmıram”

“Sabah”ın baş məşqçisi: “Rusiya futbolu üçün darıxmıram”

Futbol
“Kəpəz”in kapitanı: “Oynayıb gücümüzü görəcəyik”

“Kəpəz”in kapitanı: “Oynayıb gücümüzü görəcəyik”

Futbol
İspaniya Kosta-Rikanı darmadağın edib

İspaniya Kosta-Rikanı darmadağın edib

Futbol
"Nant"ın qapıçısı: "Qarabağ"la oyunda harada səhv etdiyimizi bilirik"

"Nant"ın qapıçısı: "Qarabağ"la oyunda harada səhv etdiyimizi bilirik"

Futbol
Gəncədə tarixi derbi, "Qarabağ" "Sumqayıt"ı qəbul edəcək

Gəncədə tarixi derbi, "Qarabağ" "Sumqayıt"ı qəbul edəcək

Futbol
Premyer Liqa: “Neftçi” səfərdə “Zirə”ni darmadağın edib

Premyer Liqa: “Neftçi” səfərdə “Zirə”ni darmadağın edib

Futbol
Riçard Almeyda: “Mənəvi əzablar çəkirdim, gecələr ağlayırdım”

Riçard Almeyda: “Mənəvi əzablar çəkirdim, gecələr ağlayırdım”