Azərbaycan millisinin futbolçusu: “Hədəfim PSJ-də oynamaqdır”

Azərbaycan millisinin futbolçusu: “Hədəfim PSJ-də oynamaqdır”

“Super Liqada özümü təsdiq etdikdən sonra Avropaya yollanmaq istəyirəm. Hədəfim Fransada PSJ-nin formasını geyinməkdir”.

“QELEBE.AZ”un məlumatına görə, bunu 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin və Türkiyənin “Antalyaspor” klubunun oyunçusu Ege Bilsel DHA-ya açıqlamasında deyib.

İlk dəfə 2020-ci ildə U-17 yığmamıza, ötən ildən isə U-19 millimizə çağırılan gənc hücumçu Azərbaycanı seçməsinin səbəbini izah edib. 18 yaşlı forvard gələcəkdə Türkiyənin əsas komandasında oynamaq arzusunda olduğunu da etiraf edib: “U-14 yığmasında oynadıqdan sonra Türkiyənin aşağı yaş qrupu üzrə digər komandalarından dəvət almadığım üçün qardaş ölkə Azərbaycandan gələn təklifi qəbul etdim. Azərbaycan tərəfi məni izləyirdi və klubuma məktub yollamışdı. Ardından mənimlə təmas qurdular, dəvəti müsbət cavablandırdım. Düşündüm ki, özümü orada daha yaxşı göstərə biləcəyəm. Ən böyük hədəflərimdən biri isə Türkiyənin A millisinin formasını geyinməkdir”.

Ege Bilsel Azərbaycan yığmasının formasını geyindiyi üçün çox xoşbəxt olduğunu qeyd edib: “Dəvət gələndə Azərbaycanın U-17 yığması Avropa çempionatında iştirak edəcəkdi. Qrupumuzda İspaniya, Belçika və Lüksemburq var idi. Gözəl vitrin idi, ispaniyalı və belçikalı skautlar oyunumuzu izləyəcəkdilər. Azərbaycanı seçdiyim üçün çox xoşbəxtəm. Yaxşı ki, getmişəm. İki dövlət, bir millət anlayışını orada gördüm. Türkiyəli olduğum üçün məni daha çox sevdiklərini hiss etdim. Oradakı komanda yoldaşlarımın hamısının xətrini çox istəyirəm. Onları Türkiyənin ən gözəl şəhəri olan Antalyaya dəvət etmişəm”.

Milliləşdirilmiş futbolçu Braziliya yığmasının lideri Neymarı özünə örnək götürdüyünü bildirib: “Böyük futbolçu olmaq, nəhəng klublarda oynamaq istəyirəm. Uşaqlığımdan Neymarı özümə nümunə götürmüşəm. Meydançadakı oyunundan tutmuş, saç stilinə qədər, onu hərtərəfli izləyirəm. Kilian Mbappeni də bəyənirəm”.

Qeyd edək ki, “Antalyaspor”un yetirməsi olan Ege Bilsel hazırda bu klubun U-19 komandasında çıxış edir.

Futbol
"Olimpiakos"un qapıçısı əməliyyat olunub

"Olimpiakos"un qapıçısı əməliyyat olunub

Futbol
Avropa Liqasında pley-off mərhələsinin püşkü atılacaq

Avropa Liqasında pley-off mərhələsinin püşkü atılacaq

Futbol
Sadio Mane dünya çempionatında iştirak etməyəcək

Sadio Mane dünya çempionatında iştirak etməyəcək

Futbol
"Milan"ın qapıçısı dünya çempionatını buraxa bilər

"Milan"ın qapıçısı dünya çempionatını buraxa bilər

Futbol
İtaliya millisi final mərhələsində, Rumıniya B Liqasını tərk edib

İtaliya millisi final mərhələsində, Rumıniya B Liqasını tərk edib

Futbol
Azərbaycan milli komandası Moldovanı məğlub edib

Azərbaycan milli komandası Moldovanı məğlub edib

Futbol
"Səbail" yeni mövsümdə ilk qələbəsini qazanıb

"Səbail" yeni mövsümdə ilk qələbəsini qazanıb

Futbol
DÇ-2022: Ronaldo yenə ehtiyatda qalacaq

DÇ-2022: Ronaldo yenə ehtiyatda qalacaq

Futbol
Karyerasını bitirdiyini açıqlayan Pike yenidən “Barselona”nın iştirak ərizəsinə salınıb

Karyerasını bitirdiyini açıqlayan Pike yenidən “Barselona”nın iştirak ərizəsinə salınıb

Futbol
Azərbaycanın FIFA referisi Braziliyanın oyununa təyinat alıb

Azərbaycanın FIFA referisi Braziliyanın oyununa təyinat alıb

Futbol
“Qarabağ”ın Konfrans Liqasında 8 mümkün rəqibi bəlli olub

“Qarabağ”ın Konfrans Liqasında 8 mümkün rəqibi bəlli olub

Futbol
Mahir Emrelinin "Dinamo"dakı taleyi xorvatiyalı hücumçudan asılıdır

Mahir Emrelinin "Dinamo"dakı taleyi xorvatiyalı hücumçudan asılıdır