İtaliyalı hakim köməkçisi ilə görüşmədiyi üçün diskvalifikasiya olunub
İtaliyalı hakim Xuan Luka Sakki köməkçisi Françeska Di Monte ilə görüşmədiyi üçün diskvalifikasiya edilib.
"QELEBE.AZ" xəbər verir ki, hadisə A seriyasının VIII turunda keçirilən "Leççe" - "Sassuolo" görüşündə baş verib.
Qarşılaşmanın startından əvvəl referi xanım köməkçisinin uzatdığı ələ reaksiya verməyərək, "Leççe"nin kapitanı Qabriel Strefetsa ilə görüşüb. Di Monte də gülümsəyərək başını yelləyib. Davranışına görə danlanan Sakki A seriyasında 1 oyunluq cəzalandırılıb.
Qeyd edək ki, görüş 1:1 hesabı ilə başa çatıb.

https://mail.qalaba.az//uploads/photo/italiyali-hakim-komekchisi-ile-gorushmediyi-uchun-diskvalifikasiya-olunub.webp











