"Barselona"nın keçmiş rəsmiləri Messini siçovul adlandırıblar

"Barselona"nın keçmiş rəsmiləri Messini siçovul adlandırıblar

İspaniya "Barselona"sının idarə heyətinin sabiq üzvləri öz aralarındakı yazışmalarda komandanın keçmiş futbolçusu Lionel Messini siçovul adlandırıblar.

"Report"un məlumatına görə, klub rəsmilərinin argentinalı hücumçu ilə bağlı təhqirləri "elPeriodico.com" saytının yayımladığı skrinşotlarda öz əksini tapıb.

Onlar klubun o vaxtkı prezidenti Xosep Maria Bartomeuya göndərdikləri mesajlarda Messi ilə müqavilənin yenilənməsinə qarşı çıxıblar: "Bartomeu, o zibilxana siçovuluna qarşı yaxşı olmaq lazım deyil. Klub onun üçün hər şeyi etdi. Messi isə bizə kimləri transfer etməli olduğumuzu deyir. Onun üçün sponsorlar axtarmalıyıq. Niyə Leo ilə müqaviləni yeniləyərkən Luis Suares və Jordi Albanın sözləşmələrinin də müddətini uzatmalıyıq? Yaxud niyə Fatinin müqavilə yeniləmə haqqını qardaşı Rodriqo Messiyə ödəməliyik? O, narkotik alverçisinin ortağı olub, bizi dəfələrlə şantaj edib. Həyatını "Barselona"ya borclu olan bu hormonal cırtdana görə klubumuz əziyyət çəkdi. Pandemiya başlayanda bizə mesaj göndərdi ki, başqalarının maaşını azaldın, amma mənə və Luis Suaresə toxunmayın. Bu, bizim başımıza gələ biləcək ən pis şeydir".

İdarə heyətinin keçmiş üzvləri 36 yaşlı forvardla yanaşı, Kataloniya təmsilçisinin sabiq müdafiəçisi Jerar Pike və hazırda komandanın formasını geyinən Serxio Busgets haqqında da xoşagəlməz ifadələr işlədiblər.

Qeyd edək ki, Lionel Messi 2021-ci ilin avqustunda "Barselona"nın Fransanın PSJ klubuna dəyişib.

Futbol
İngiltərə Premyer Liqasında transfer rekordu vurulub

İngiltərə Premyer Liqasında transfer rekordu vurulub

Futbol
"Yuventus" və Uruqvay millisinin sabiq futbolçusu vəfat edib

"Yuventus" və Uruqvay millisinin sabiq futbolçusu vəfat edib

Futbol
Messi gələn yay "Barselona"ya qayıdacaq

Messi gələn yay "Barselona"ya qayıdacaq

Futbol
"Barselona"nın hücumçusu "Qalatasaray"a keçməkdən imtina edib

"Barselona"nın hücumçusu "Qalatasaray"a keçməkdən imtina edib

Futbol
"Barselona" Messiyə heykəl ucaldacaq

"Barselona" Messiyə heykəl ucaldacaq

Futbol
Mərakeş millisinin baş məşqçisi: "Finala çıxmaq və qələbə qazanmaq istəyirik"

Mərakeş millisinin baş məşqçisi: "Finala çıxmaq və qələbə qazanmaq istəyirik"

Futbol
“Qarabağ” ikinci dəfə avrokubokların pley-offuna vəsiqəni təmin edib

“Qarabağ” ikinci dəfə avrokubokların pley-offuna vəsiqəni təmin edib

Futbol
Avropa Liqası: "Qarabağ"ın müdafiəçisi ilk "5-lik"də yer alıb

Avropa Liqası: "Qarabağ"ın müdafiəçisi ilk "5-lik"də yer alıb

Futbol
“Kəpəz” iranlı futbolçu ilə yollarını ayırıb

“Kəpəz” iranlı futbolçu ilə yollarını ayırıb

Futbol
Almaniya millisinin hücumçusu Bundesliqa klubunun tarixinə düşüb

Almaniya millisinin hücumçusu Bundesliqa klubunun tarixinə düşüb

Futbol
Benzema 10 gün "Real Madrid"ə kömək edə bilməyəcək

Benzema 10 gün "Real Madrid"ə kömək edə bilməyəcək

Futbol
"Mançester Yunayted" Ronaldu ilə bağlı müvafiq addımlar atıb

"Mançester Yunayted" Ronaldu ilə bağlı müvafiq addımlar atıb