Saşa Kalayciç: “Yəqin ki, Azərbaycan millisinin futbolçusu topu artıq torda görürdü”
“Yəqin ki, Azərbaycan millisinin futbolçusu topu artıq torda görürdü”.
“QELEBE.AZ”un məlumatına görə, bunu Avstriya yığmasının futbolçusu Saşa Kalayciç deyib.
26 yaşlı hücumçu AVRO-2024-ün seçmə mərhələsinin oyununda Azərbaycan millisinə 1:0 hesabı ilə qalib gəldikləri üçün xoşbəxt olduqlarını vurğulayıb. O, Toral Bayramovun oyunun sonlarında qaçırdığı əlverişli epizodu dəyərləndirib: “Hamımız şokda idik. O, gözlənilmədən qapının önündə peyda oldu. Heç birimiz bunun necə baş verdiyini anlaya bilmədik. Onun əlverişli şansdan yararlana bilməməsinə görə çox şadam”.
Qeyd edək ki, oktyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda millimizə qalib gələn Avstriya yığması xallarının sayını 16-ya çatdırmaqla Avropa çempionatına vəsiqəni rəsmiləşdirib.

https://mail.qalaba.az//uploads/photo/sasha-kalaycich-yeqin-ki-azerbaycan-millisinin-futbolchusu-topu-artiq-torda-gorurdu.webp











