İngiltərə Premyer Liqası: “Mançester Yunayted” autsayderlə matçdan qalib ayrılıb

İngiltərə Premyer Liqası: “Mançester Yunayted” autsayderlə matçdan qalib ayrılıb

İngiltərə Premyer Liqasının doqquzuncu turunda çempionatın autsayderi “Şeffild Yunayted” öz meydanında “Mançester Yunayted”i qəbul edib.

“QELEBE.AZ” xəbər verir ki, Şeffild Arenada baş tutan matç “qırmızı şeytanlar”ın minimal hesablı qələbəsi ilə başa çatıb.

Matçda vurulan üç qoldan ikisi birinci hissəyə təsadüf edib. Oyunun 28-ci dəqiqəsində “Mançester Yunayted”in mərkəz yarımmüdafiəçisi Skott Maktominey Brunu Fernandeşin ötürməsini qola çevirib. Lakin qonaqların sevinci çox sürməyib: cəmi altı dəqiqə sonra ev sahibləri penaltidən fərqlənən Oliver Mak Börninin sayəsində hesabı bərabərləşdiriblər. Oyunda növbəti və sonuncu qol isə 77-ci dəqiqədə vurulub: “mankunianlar”ın müdafiəçisi Dioqu Dalo komandasını qələbə qoluna imza atıb. Beləliklə, “Mançester Yunayted” turnirin autsayderi “Şeffild Yunayted”i 2:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, “Mançester Yunayted”in aktivində 15 xal var. Erik ten Haqın yetirmələri 9 oyundan sonra turnir cədvəlində 8-ci pillədə qərarlaşıblar. “Şeffild Yunayted”in isə 9 oyundan sonra cəmi 1 xalı var.

Xatırladaq ki, bu gün Mersisayd və London derbiləri baş tutub. Eyni zamanda, “Mançester Siti” öz meydanında çətin qələbə qazanıb.

Futbol
Azərbaycan Kuboku: "Qəbələ" 1/4 finala yüksələrək "Qarabağ"a rəqib olub

Azərbaycan Kuboku: "Qəbələ" 1/4 finala yüksələrək "Qarabağ"a rəqib olub

Futbol
"Olimpiakos"un ulduz futbolçusunda xroniki zədə aşkarlanıb

"Olimpiakos"un ulduz futbolçusunda xroniki zədə aşkarlanıb

Futbol
"Sumqayıt" komandasının yeni baş məşqçisi açıqlanıb

"Sumqayıt" komandasının yeni baş məşqçisi açıqlanıb

Futbol
Luis Suares Braziliya klubu ilə anlaşıb

Luis Suares Braziliya klubu ilə anlaşıb

Futbol
Ronaldu Səudiyyə Ərəbistanı klubuna keçməyə yaxındır

Ronaldu Səudiyyə Ərəbistanı klubuna keçməyə yaxındır

Futbol
Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulub

Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulub

Futbol
Avropa Liqasında qrup mərhələsinin püşkü atılıb

Avropa Liqasında qrup mərhələsinin püşkü atılıb

Futbol
"Olimpiakos" əzmkar qələbə ilə 2-ci pilləyə yüksəlib

"Olimpiakos" əzmkar qələbə ilə 2-ci pilləyə yüksəlib

Futbol
"Real Madrid" Xorvatiya millisinin müdafiəçisini transfer etmək istəyir

"Real Madrid" Xorvatiya millisinin müdafiəçisini transfer etmək istəyir

Futbol
AFFA “Qarabağ” və “Neftçi”nin futbolçularını cəzalandırıb

AFFA “Qarabağ” və “Neftçi”nin futbolçularını cəzalandırıb

Futbol
Bu gün Premyer Liqada Azərbaycan derbisi keçiriləcək

Bu gün Premyer Liqada Azərbaycan derbisi keçiriləcək

Futbol
Azərbaycan Premyer Liqası oyununda insident baş verib

Azərbaycan Premyer Liqası oyununda insident baş verib